28 Sen - 27 Okt 14
"Həqiqi ölməzlik qazanmaq üçün,
incəsənət əsəri istənilən insan məhdudiyyətlərini,
məntiqi və sağlam düşüncəni aşmalıdır".
Corco de Kiriko
ADA / Görünənin xaricində / Fərəh Piriyeva
Rəssam Rəşad Babayevin incə və bir qədər sirli yaradıcılığı birbaşa danışmanı sevmir. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadə-liklə fərqlənir. Böyük Sudzuki deyirdi ki, cizgisiz ev tikmək olar, yalnız musin vəziyyə-tinə – şüurlu şüuraltıya dalmaq kifayətdir.
Metaforik "ADA" adı altında keçirilən sərgi, sanki tamaşaçını dzen dünyasının mistisiz-minə salır. Sanki Rəşad Babayev öz əsərlə-rində daima əbədiyyətlə təmasda olur.
Öz şəxsi reallığını yaradaraq və xəyallar dünyasına müraciət edərək, Rəşad Babayev fikirlərə forma və enerji verir. Tuşla çəkilmiş minixrom Xokku kompozisiyasında, öz aralarında ziddiyyət təşkil edən bir neçə rəng ləkəsi yelpikvari çəkilmişdir. Kimonoda olan yüngül şəffaf fiqur döşəmədə oturub; uzadılmış sağ əl, sanki gözəgörünməz kalliqrafik heroqlifləri üzə çıxarır. Xokku şairinin ekzotik portreti üç misralı şeirin özü kimi yığcamdır. O hərəkətləri deyil, ruhun vəziyyətini, şairin dünyasının bütün əlvanlığını verir. Xokku öz ölçülərinə görə kiçikdir, amma onun düşüncələrinin miqyası böyükdür.
Rəssam-koloristin fantaziyaları və yuxularından doğmuş, rəngləri kor-təbii çəkilməş ipolu-abstrakt formalar hansısa sirrdən xəbər verir və daxili işıq saçırlar. “Gecə” əsərində, məkanda üzən zümrüdü-yaşıl rəngli sahə əks perspektivdə nəhəng heyvanın suda əksini xatırladır. Əksinə, “Sakitlik” kompozisiyasında, kəskin qara üçbucaq sol yuxarı küncü enerji ilə yarır, əsas açıq-mavi rəngə keçməsilə, iki başlanğıcın – formalar və rənglərin təmizliyini saxlayaraq müəllif məkan metaforasını yenidən yaradır. Rəşad özü isə iddia edirki: “Bəzən rənglərin tam arsenalını işlətmədən iki-üç cizgilə nəticə əldə etmək istəyirsən”.
Onun əsərlərində şərqin lirikası tez-tez sufi meditasiyalarının mistikasıyla assosiasiya edilir. İncə təsirli, ədviyyəli – şərq ruhunda çəkilmiş “Ağ Fiqur” əsərində, dərviş, öz əsasına söykənərək və üfüqə yönələrək, gələcək nəsillərə müdriklik xəbəri verir, necəki bunu əsrlərlə səyahət edən asketlər edirdilər. Rəssam ona mürid kimi ağ geyim geydirib, hansı ki, indicə öz oxu ətrafında meditasiyada fırlanaraq, vaxtdan və məkandan şüuru azad edərək öz hipnotik rəqsinə başlayacaq.
Rəşad Babayevin irihəcmli əsərlərində, rəng ahəngdarlığının cəsarətli tərzi, rənglərin işıqlanması, deformasiyalar sayəsində daxili gərginlik hiss olunur (“Kinoteatrda işıq”, “Bağ”, “Sezar”, “İşıq” əsərləri). Onun yaradıcılığı sübut edir ki, əsl reallıq şüurun reallığıdır. Latınca “abstractus” (“mücərrəd”) sözündən olan abstrakt sözü həmçinin ayrılmış və ya xüsusi məna bildirir.
Rəşad Babayevin təqdim etdiyi “Ada”, hər şey ola bilər: daim metafizik simvolların axtarışında olan rəssamın öz iç dünyası; insan ruhunun təcrid olması və təkliyi və ya bizim şüuraltımızın təsəvvür olunmayan yerləri.
Ada – tənhalığın və ayrılığın simvoludur. Lakin, ingilis şairi Con Donna deyib: “Ada kimi müstəqil olan insan yoxdur, hər bir insan materikin, qurunun bir hissəsidir”. Buna görə də Rəşad Babayevin ekspressionizmi bizim hər birimizə və bütün cəmiyyətə müraciətdir.