YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI

YARAT Qafqazda, Mərkəzi Asiyada və ətraf regionlarda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədi ilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. YARAT (Create - ingilis dilindən tərcümədə "yaratmaq") 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunmuşdur. YARAT sərgilərin, təhsil proqramların və festivalların təşkil olunması vasitəsilə öz missiyasını həyata keçirir. YARAT, fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur.

Yüklənir