YARAT DOSTLARI / YARAT FRIENDS – İNCƏSƏNƏT İCMASIDIR VƏ YARAT AİLƏSİNİN BİR HİSSƏSİDİR


YARAT Friends-ə üzv olmaqla, incəsənət birliyinin bir hissəsinə çevrilmək və Azərbaycanda və xaricdə müasir mədəniyyət nümunələri ilə yaxından tanış olmaq şansı qazanırsınız. Həmçinin, YARAT məhz öz üzvlərinə, müxtəlif maraqlı tədbirlər təşkil edərək, sərgilərimizin kuratorları ilə daha sıx əlaqə imkanı yaradır. Siz platformanın üzvü olmaqla incəsənət yönümlü qapalı tədbirlərə, şam yeməklərinə, sənət müzakirələrinə, xüsusi açılışlara dəvətnamələr əldə edəcək və bir çox digər imkanlardan yararlanacaqsınız.


MİSSİYA:
Missiyamız müasir incəsənətin Azərbaycanda geniş auditoriyaya çatdırılması və inkişaf etdirilməsi üçün cəmiyyət yaratmaqdır.


MƏQSƏD:
  • Azərbaycanda müasir incəsənəti inkişaf etdirmək
  • Ölkədə müasir incəsənət sahəsində kolleksiyaçıların sayını artırmaq
  • Müasir incəsənət bazarında biznes və qeyri-biznes şəbəkəsini genişləndirərək inkişaf etdirmək
  • Azərbaycan və dünya müasir incəsənət pərəstişkarlarını bir araya toplamaq

“YARAT Friends” üçün seçimlər 2 aktiv üzvlük paketi mövcuddur və bunlardan birinə qoşula bilərsiniz:
  • GƏNC DOST
  • DOST

GƏNC DOST 300 AZN
  • İl boyu üzvlərə özəl keçirilən qapalı tədbirlərə bir nəfərlik giriş;
  • Üzvlərə özəl keçirilən bütün qapalı tədbirlərə giriş: sərgi açılışları, studiya səfərləri, rəssamlarla, incəsənət xadimləri, kuratorlar və s. görüşlər;
  • YARAT Kitabxanasına tam giriş icazəsi;
  • YARAT tərəfindən irəli sürülən xüsusi ART Travel proqramının iştirakçısı olmaq imkanı;
  • Bakının müxtəlif məkanlarından üzvlərə özəl endirim imkanları.

DOST 700 AZN
  • Bir nəfərə dostu ilə birlikdə qapalı açılışlara qoşulma imkanı (1+1);
  • İl ərzində YARAT-la birgə layihə reallaşdırmaq imkanı;
  • Həyata keçirilən layihələr zamanı YARAT tərəfindən tam olaraq məkan, PR, texniki dəstəyin verilməsi;
  • Üzvlərə özəl keçirilən bütün qapalı tədbirlərə giriş: sərgi açılışları, studiyo səfərləri, rəssamlarla, incəsənət xadimləri, kuratorlar və s. görüşlər;
  • Hər sərginin kuratoru tərəfindən siz və dostunuz üçün bələdçi iştiraklı turların təşkili;
  • İldə 1 dəfə seçilmiş rəssamların əsərlərindən ibarət nəşr hədiyyəsi;
  • YARAT Kitabxanasına tam giriş icazəsi;
  • YARAT tərəfindən irəli sürülən xüsusi ART Travel proqramının iştirakçısı olmaq imkanı;
  • Bakının müxtəlif məkanlarından üzvlərə özəl endirim imkanları.

ART TRAVEL
Bütün üzvlük kateqoriyalarına tətbiq olunur

YARAT hər il ən azı bir dəfə Azərbaycandan kənarda keçirilən əsas mədəni tədbirlərə bələdçi ilə səfərlər təklif edəcəkdir.
Bu proqram digər ölkələrdən olan rəssamlar, kolleksiyaçılar və kuratorlarla görüşmək üçün YARAT-la səfər etmək imkanı verir. Vaxtınızın daha səmərəli və əyləncəli keçməsi məqsədilə, biz sizin üçün xüsusi proqram hazırlamışıq:
  • kolleksiyaçılar, rəssamlar və kuratorlarla görüşlər;
  • muzeylər, qalereyalar və studiyalara səfər proqramları;
  • səfər çərçivəsində təşkil edilmiş xüsusi Şam yeməkləri.

Əlaqə:
YARAT Müasir İncəsənət Məkanı
YARAT Friends Cəmiyyəti
M.: +994 50 274 6744
T.: +994 12 505 1414
E.: friends@yarat.az
Ünvan: Bayıl, Dənizkənarı Bulvar, (Dövlət Bayraq Meydanı yaxınlığı)
Bakı, Azərbaycan, AZ1003

Yüklənir