28 Sen - 27 Okt 14
RƏŞAD BABAYEV
ADA
FƏRDİ SƏRGİ
28 sentyabr > 27 oktyabr 2014
27 sentyabr 2014-cü il tarixində Bakı Müasir İncəsənət Muzeyində Azərbaycan rəssamı Rəşad Babayevin “ADA” adlı fərdi sərgisinin açılış mərasimi olacaqdır.
Metaforik “ADA” adı altında keçirilən sərgi, sanki tamaşaçını dzen dünyasının mistisizminə salır. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadə-liklə fərqlənir. Sanki Rəşad Babayev öz əsərlərində daima əbədiyyətlə təmasda olur. Sərgidə rəssamın 30-a yaxın rəngkarlıq əsəri və 3 installasiyası təqdim olunacaq.
Sərginin keçirilmə məkanı: Müasir İncəsənət Muzeyi
Sərginin açılışı: 27 sentyabr. Giriş dəvətnamə ilədir
Keçirilmə vaxtı: 28.09 - 27.10.2014
İş vaxtı: 11:00 - 20:00, Çərşənbə axşamı - Bazar günü
Biletin qiyməti: 5 AZN