YARAT MƏRKƏZİ

YARAT Müasir İncəsənət Məkanı 2015-ci ilin mart ayında Bakı, Azərbaycanda müasir incəsənət üçün yeni mərkəzi təqdim etmişdir. YARAT Müasir İncəsənət Mərkəzi – YARAT üçün ilk daimi məkandır. O, 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərmiş Xəzər dənizinə baxan, Sovet dövründən qalma bərpa edilmiş dənizçilik binasında yerləşir. Bərpa nəticəsində ikimərtəbəli 2000 m2-lik dəbdəbəli sərgi məkanı yaradılmışdır. Bu məkanda YARAT Kolleksiyasının keçirdiyi sərgilər və yeni kitabxanaya ev sahibliyi etməklə yanaşı, il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkat və komissiyaları vurğulayan dörd müvəqqəti sərgi də nümayiş olunur. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Qeyri-rəsmi müzakirə və yığıncaqların məkanı olmaqla orqanik kafe mərkəzi tamamlayır. YARAT Müasir İncəsənət Mərkəzi yalnız Azərbaycanda deyil, bütövlükdə daha geniş regionda müasir incəsənət və incəsənət təhsili üçün nəzərdə tutulmuş bir məkan kimi başa düşülür. 

YARAT-ın təsisçisi və bədii rəhbəri Aida Mahmudova deyir: “YARAT-ın fəaliyyəti ərzində bu mərhələyə çatdığımıza görə şadam. Bu mərkəz bizə fəaliyyətimizin başlıca prinsipi olan təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlıq üçün daha çox imkan verəcəkdir. Əsrlər boyu Bakı mədəni mübadilə və yaradıcılıq məkanı olmuşdur – bizim incəsənət mərkəzimiz bunu müasir çərçivədə genişləndirəcəkdir”.

İlk dəfə olaraq, YARAT kolleksiyası yeni mərkəzin açılışı ilə təqdim olunur və Qafqaz, Mərkəzi Asiya və qonşu ölkələrdən olan rəssamlarla əməkdaşlığa fokus olur. Bakı bu regionda incəsənət üçün mükəmməl ortaq yerdir: din və dil oxşarlığı və müxtəlif millətlər arasında ortaq Sovet keçmişi son 20 il ərzində kəskin sosial-iqtisadi dəyişikliklərlə daha da güclənmişdir. 70 il ərzində ilk dəfə dünya bazarlarına və təsirlərinə qoşularaq rəssamlar reaksiya verən, sonradan danışıqlar aparan və bu keçidi əsərlərində əks etdirən ilklərin arasında olmuşlar. 

Kolleksiyanın “Tarix yazılarkən” adlı ilk sərgisi radikal sosial-iqtisadi dəyişikliklərə məruz qalmış güclü şəxsiyyət duyğusu və tarixən Azərbaycanın coğrafi-mədəniyyəti ilə bağlı müxtəlif medialardan səmərəli əsərləri bir araya gətirmişdir. Bəzi rəssamlar qədim adət-ənənələrin simvolizminə istinad edir, bəziləri gündəlik həyatın keçici anlarında nostalji hislər tapır, bəziləri mövcud izahatların doğruluğundan şübhələnir, digərləri isə daha yaxşı gələcək üçün kvazi-utopik nikbinliyi layihələndirir. Buna baxmayaraq, bu sərgidə göstərilən bütün əsərlər bu gün canlı olmağın və sabahın yeni tarixlərini addım-addım qurmağın nə demək olduğu haqqında araşdırmalardır. 

Yüklənir