ÜMUMİ

Yevi Joxova (d. 1984, İsveçrə) atası rus, anası isə yarı estoniyalı, yarı dağıstanlıdır. Yevi Avstriyada, Vyanada böyüyüb. Uşaqlıq dövrünün əksər hissəsi Estoniyada, sovet və postsovet Rusiyasında yaşayan ailə üzvlərini görmək məqsədilə etdiyi səfərlərdə keçib. Rəssamın yaradıcılığında, onun çoxmədəniyyətli keçmişi, qavranılan, təsəvvür edilən və qəbul edilən normalar arasında qarışıq vəziyyətlər, stabilliyin, habelə mürəkkəb münasibətlərin dəyişdirilməsində fərqli sosial və siyasi strukturlara məruz qalması vurğulanır. Onun mövzuları tez-tez insanların bir yerdə yaşaması və əməkdaşlıq etməsinin mümkünlüyünə istinad edir.

Yevi Qoldsmits Kollecinin Siyasi Əlaqələr ixtisası üzrə və Royal İncəsənət Kollecinin İncəsənət ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, Royal Academy Schools Fellowship, Royal British Society of Sculptors Bursary, Arts Council Individual Grants Award, Wien Kultur Funding və Amsterdam Fonds voor Kultur (AFK) Grant kimi bir çox mükafatlara layiq görülüb. Joxova Vienna/21er Haus (Avstriya) Belvedere muzeyində, o cümlədən, YARAT Müasir İncəsənət Məkanında (Azərbaycan), Amsterdamda (Niderland) BijlmAIR muzeyində, İtaliyada Villa Lenada, Nida Art Colony-də, Birləşmiş Krallıqda Florence Trust-da və digər rezidensiya proqramlarında iştirak edib. Onun yaradıcılığına 2018-ci ildə Lily Brooke Londonda “Weighed down by stones” və “I dance for you my edifice, l’etragere” adlı sərgi, 2017-ci ildə Vyanada Belvedere muzeyi tərəfindən təşkil olunmuş “The Shape of Ritual” sərgisi, Londonda “Towering in the conditions of fragments, Passengers” və 2016-cı ildə House of St Barnabas-da  Marcelle Joseph Projects dəstəyi ilə keçirilmiş fərdi sərgilər də daxildir.

Yüklənir