ÜMUMİ

YARAT Emalatxanalarında 3 aylıq rezidensiya


RƏSSAMIN SÖZÜ

Timo Herbstin layihələri gündəlik həyatımızın “xoreoqrafiyasını” və məkanda bədən hərəkətlərinin həm bütövlükdə cəmiyyət, həm də ayrı-ayrı şəxslər üçün hansı mənaya və nəticələrə malik olmasını araşdırır. O, müxtəlif sənət materialları ilə işləsə də, zaman, məkan və hərəkəti tədqiq etmək üçün, əsasən rəsm və videoqrafiya kimi iki əsas üslublardan istifadə edir. Məsələn, öz rəsmlərində hərəkəti ifadə etmək üçün, o, bir neçə vərəq parçasının hər iki tərəfində öz mövzularının eskizlərini çəkir və müəyyən obyekt, ya da bədən hissəsinin çoxsaylı təsvirlərini səhifə boyunca hərəkət axınında hərəkət etməsi kimi əks etdirir. Bu rəsmlər xronoloji kadrlar planı kimi mükəmməl olsa da, hərəkətlərin mürəkkəbliyinə görə, prosesi tam əks etdirmir. Hərəkət  anlaşılmaz və qeyri-müəyyən qalır və təqdimat ciddi xətti xronologiya normalarından kənara çıxır. Bundan əlavə, o, öz videolarında bədən hərəkətləri vasitəsilə mənanın necə yarandığını sual altına qoymaqla, çəkdiyi hərəkətləri müəyyən şərait və ya kontekst çərçivəsində təkrar əlaqələndirir. Hər bir insan jestinin bir işarə olmasını nəzərə alsaq, onun əsərində bu və ya digər jestin ona şamil edilən məhdud və vahid bir məna kəsb etməsini və ya tam fərqli, müxtəlif mənalar hasil etməsini müəyyənləşdirmək qəliz məsələdir. İki məkanı və bu məkanların qarşılaşdığı təmas nöqtələrini bir-birində fərqləndirən sərhədlər, onun işi üçün xüsusi əhəmiyyət daşıyır; belə ki, jestlərin anlaşılmazlığı bu nöqtələrdə özünü daha kəskin şəkildə büruzə verir. 

Yüklənir