May 2024

'SƏMANI TƏSVİR ET!' USTAD DƏRSLƏR

16 Fev - 30 İyn 15

7-12 YAŞLI UŞAQLAR ÜÇÜN USTAD DƏRSLƏR

'SƏMANI TƏSVİR ET!'

PƏRVANƏ PERSİANİ İLƏ

BAKI - ŞƏKİ - QUBA / FEVRAL - MAY 


‘Səmanı təsvir et!’ Azərbaycanda 7-12 yaşlı uşaqlar üçün keçirilən ilk Uşaq İncəsənət Festivalıdır və YARAT Müasir İncəsənət Məkanı "Balaca Yarat" təhsil proqramı çərçivəsində təşkil edilmişdir. Amerikalı rəssam C.Q. Xeymsin iştirakçılardan məktublar vasitəsilə ‘səmanı təsvir etmələrini’ xahiş etdiyi 1970-ci il layihəsi "Skymail"dən ilham almış Yarat Uşaq İncəsənət Festivalı ölkənin müxtəlif guşələrindən olan uşaqları müasir incəsənət vasitəsilə səmanı şərh etməyə dəvət edir. 

Rəssam Pərvanə Persiani ilə birlikdə işləyəcək uşaqlar Bakı, Şəki və Quba məktəblərində keçiriləcək seminarlar seriyasında iştirak edəcək və onlardan mövzuya şəkil, rəsm, foto və heykəl/instalyasiyalar kimi təsviri-incəsənət mühitlərində cavab vermələri tələb olunacaq. Kainat, kosmologiya, astronomiya və astrologiya kimi elm, incəsənət və mədəniyyət mövzuları seminarlarda tədqiqat obyekti olacaq və seminarlar zamanı və onlardan sonra hazırlanmış işlərdə əksini tapacaq.

Bu seminarda hazırlanmış işlər bir həftədən çox müddət ərzində Bakıda təqdim ediləcək və bu zaman uşaqlara işlərini ictimaiyyət üçün nümayiş etdirmək imkanı veriləcək. Bundan başqa, Bakıda uşaqlar ölkənin aparıcı müasir rəssamları, o cümlədən qonaq rəssamlarla təlim seminarlarında da iştirak edəcək. Layihə "Yarat Art Centre" kafesində nümayiş etdiriləcək və ya müvəqqəti biennale üçün Yarat mərkəzinin qarşısındakı otluqda küçə konteynerlərinin istifadəsini nəzərdə tutur.


 Qrafik  
 5-7 Mart 2015   Bakıda ustad dərslər
 16-18 Mart 2015  Şəkidə ustad dərslər
 5-7 Aprel 2015    Qubada ustad dərslər
 May 2015  Festivalın dəqiq tarixləri elan ediləcək 

Əgər övladınızın seminarlarda iştirak etməsini istəyirsinizsə, aşağıdakı formanı doldurun və 1 Mart fevral tarixinədək sayara.h@yarat.az e-mail ünvanına göndərin.

Uşağın adı:

Uşağın yaşı: 

Oxuduğu məktəb:

Valideynin/Qəyyumun adı:

Valideynlə əlaqə nömrəsi və e-mail:

İmza: 


Ətraflı məlumat üçün info@yarat.az elektron ünvanına yaza ya da 012 505 1414 zəng edə bilərsiniz.


FACEBOOK EVENT

Yüklənir