May 2024

ARTIM LAYİHƏSİ

29 Apr - 05 May 14

YARAT Müasir İncəsənət Təşkilatı gənc rəssamlara dəstək məqsədilə ARTIM layihəsi çərçivəsində keçiriləcək sənəd qəbulunu elan edir! Layihə haqqında daha ətraflı məlumatları (tematik istiqamətini, seçim meyarlarını və keçiriləçək tarixləri barədə) muhazirədə iştirak edərək əldə edə bilrsiniz.

 

Muhazirələr 29 aprel və 5 may 2014-cü il tarixlərindədə kurator və rəssam Səbinə Şıxlinskaya tərəfindən keçiriləcək.

 

29 aprel, 2014 

Saat: 11:00  Azərbaycan Dövlət Rassamlıq Akademiyasında (Heydər Əliyev prospekti 58)

Saat: 19:00 ÜNS teatrı (Neftçilər prospekti 69) 

 

5 aprel, 2014

Saat: 12:30 Azərbaycan Memarlıq və İnşaat Universiteti (Ayna Sultanova küç. 11) 

 

>> ARTIM Azərbaycan dilindən “tərəqqi” kimi tərcümə olunan və YARAT müasir incəsənət məkanının gənc rəssamlar üçün nəzərdə tutulan ARTIM layihəsinin əsas məqsədi - ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə gənc rəssamlara peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

 

 

>>> Səbinə Şıxlinskaya rəssam və müstəqil kuratordur. O, Azərbaycanda müasir konseptual incəsənətinin yaradıcılardan biri sayılır,Azərbaycanın əməkdar rəssamı adını daşıyır,Muzeylər və Müasir İncəsənət Kolleksiyaların Beynəlxalq Komitəsinin (CİMAM) üzvüdür. Səbinə Şıxlinskaya Höte İnstitutunun Azərbaycanda mədəniyyət proqramların əlaqələndiricidir, Milli Sərgi Salonlarında və Müasir İncəsənət Muzeylərində təşkil olunan bir çox sərgilərin iştirakçısıdır. O, Azərbaycanda və xaricdə keçirilən Biennalelərdə dəfələrlə iştirak edib. Onun rəngkarlıq, qrafika, foto- və videoinstalyasiya janrında ərsəyə gətirdiyi incəsənət əsərləri dövlət və şəxsi kolleksiyalarda saxlanılır. Xanım Şıxlinskaya Azərbaycanda və xaricdə təşkil olunan 60-dan çox yerli və beynəlxalq layihələrin, o cümlədən, sərgilərin, simpoziumların təqdimatların və 52-ci Venesiya Biennalesində qurulan ilk Azərbaycan pavilyonunun kuratoru olmuşdu.

 

Məlumat üçün: 012 505 1414; info@yarat.az

Yüklənir