May 2024

LEONİD SLAVİN VƏ DMİTRİY KARPOV (RUSİYA) İLƏ QRAFİK DİZAYN ÜZRƏ İNTENSİV DƏRSLƏR MƏŞĞƏLƏLƏRİ

02 May - 03 May 15

YARAT Müasir İncəsənət Mərkəzi Britaniya Ali Dizayn Məktəbinin müəllimləri, Moskva şəhərindən olan mühazirəçilərinin iştirakı ilə iki günlük intensiv ustad dərsinə dəvət edir. Ustad dərsinin əsas mövzuları: Vizual kommunikasiya və yaradıcılığın inkişafı. Ustad dərsdə eləcə də brendinq, dizayn, komanda işi, ideyaların müxtəlif məhdudiyyətlər şərtləri altında işlənməsi və s. kimi digər istiqamətlərə də toxunulacaq

Ustad dərsin geniş praktiki tərkibi də nəzərdə tutur - iştirakçılar mühazirəni dinləmə ilə yanaşı, həm də əl bacarıqlarını və “beyinlərini” (“düşüncə tərzlərini”) istifadə edəcəklər.

Praktiki hissəyə, demək olar, zamanın yarısı sərf olunacaq, mühazirəçi ilə qarşılıqlı müzakirə daha çox təcrübə və ilham almağa imkan verəcək. Ustad dərsi yaradıcı insanların müştərək işinin inkişafına ideal şəkildə uyğun gəlir, təsəvvürün genişləndirmək metodlarını öyrədir, diqqət, təsəvvür və düşüncənin dizayn kateqoriyaları ilə inkişaf etdirməyə kömək edir.

Hədəf auditoriyası: qrafik dizaynerlər, art-direktorlar və kopirayterlərdir. 


Leonid Slavin

"Art Directors Club Russia"-nın üzvü, "Tabu" studiyasının art-direktoru.Moskvanın Britaniya Ali Dizayn Məktəbinin "Vizual kommunikasiyalar" kursunun kuratorudur.


Dmitriy Karpov

1998-ci ildən dizayn və reklam sahəsində çalışır. "Artemiy Lebedev Studiyası" ilə müxtəlif layihələr üzərində işləyib, 2005-ci ildən Moskvanın Britaniya Ali Dizayn Məktəbinin "İnteraktiv mühitdə dizayn" kursunun kuratorudur.


Yerlərin sayı məhduddur! İştirak etmək üçün qısa tərcümeyi-halınızı sayara.h@yarat.az email ünvanına göndərmək lazımdır.


İştirak üçün seçilmiş namizədlərə email vasitəsi ilə məlumat veriləcək.

2 May, Saat 10:00 – 19:00

3 May, Saat 10:00 – 19:00


YARAT Müasir İncəsənət Mərkəzi

Səbail rayonu, Bayıl (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan


FACEBOOK EVENT

Yüklənir