May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

İLKİN HÜSEYNOV İLƏ "BƏDİİ KİTAB" ÜZRƏ USTAD DƏRSLƏR

05 May - 10 May 16

Yazılın! İştirak edin! 

Müəllif kitablarının çap edilməsi ilə maraqlanan fotoqraflar!


ARTIM Layihə Məkanı məmnuniyyətlə elan edir ki, 5-10 may 2016-cı il tarixlərində fotoqraf İlkin Hüseynovun ustad dərslərində iştirak üçün ərizələrin qəbulu başlanmışdır.


Biz elə bir erada yaşayırıq ki, burada təsvirlərin duyğu və əmələ gəlməsi digər dövrlərə nisbətən daha asandır. Lakin rəqəmsal informasiyanın efemer vəziyyəti virtuallıqdan kənara çıxan təsviri dərk etmək, ona toxunmaq, qoxulamaq, onun ümumi təsvirini və formasını, çəkisini və səsini hiss etmək arzusunu yaradır. Məhz son illərdə foto kitabların bu cür populyarlıq qazanması səbəbindən, rəssamlar hekayələrin nəql edilməsinin və onların təsvir olunma imkanlarının artırılmasının yeni üsulunu əldə etməyə nail olmuşlar. 

Bu ustad dərslərinin məqsədi müəllif foto kitabın əhəmiyyəti barədə nəzəri biliklər vermək deyildir, əsas məqsəd isə hər bir rəssama onların bu sahədə ilk addımlarının anlaşıldığı və dəstəkləndiyi mühitin yaradılmasıdır. Rəssamlar öz şəxsi materialları üzərində işləyəcəklər, vasitəçilər və ya iri büdcə olmadan öz layihələrinin kitab formasına keçirilməsi üçün onlara zəruri alətlər təqdim ediləcəkdir. Ustad dərslərində rəssamların ideyalarını, onların işlərində konsepsiyaların formalaşmasını və onlara hər hansı bir ideyanın digər formada necə təqdim edilməsi yolları öyrədiləcək. İştirakçılar öz aralarında dialoq, müzakirə və fəal fikir mübadiləsi aparmağa ruhlandırılacaqlar. 

Ustad dərslərinin sonunda iştirakçılar onların foto kitablarının modellərini nəşr edəcəklər. Foto kitabın çap edilməsi üçün onlara müəyyən büdcə ayrılacaqdır. Daha sonra isə həmin kitablar ARTIM Layihə Məkanında təqdim ediləcək və satılacaqlar.


Ustad dərslər fotoqraf İlkin Hüseynovun rəhbərliyi ilə keçiriləcəkdir.


Fotoqraf və nəşriyyatçı İlkin Hüseynov, 2013-cü ilin noyabr ayında Veronika Fieras ilə birlikdə RIOT BOOKS nəşriyyat evini təsis etmişdir. Bu nişan altında o özünün ilk kitabı olan “Mühit” və "0000000" dərc etdirmişdir.

RIOT BOOKS (2013 İspaniya/Azərbaycan) yüksək sosial kontekstli məhdud sayda bədii kitabları çap edən müstəqil nəşriyyat evidir. Rəssamlarla əməkdaşlıq nəşriyyatçılar üçün nəşr prosesin olduqca mühüm hissəsidir. İlkin Hüseynov və Veronika Fieras təcrübi biliklərə yiyələnərək, məhdud imkanlara baxmayaraq, xeyli sayda işləri yaratdılar və çox saylı mühüm fotoqrafiya yarmarkalarında və festivallarında fəal iştirak edərək, beynəlxalq fotoqrafiya dairələrində nüfuz əldə etmişlər. “You haven’t seen Their Faces” ("Sən onların üzlərini görməmisən") adlı sonuncu kitab 2015-ci ildə Foto Kitab Mükafatının qalibi olmuşdur.


Tələblər:

• Foto kitab üçün maraqlı ideyalara və kifayət qədər materiala malik olan gənc fotoqraflar
• 15-40 foto şəkildən ibarət olan layihənin qısa konsepsiyası 
• Rus (Azərbaycan dili və ingilis dili – ikinci dərəcəli) dili bilikləri


İştirak üçün ərizələr 3 may 2016-cı il tarixinədək (saat 23:30-dək) artim@yarat.az elektron ünvanına göndərilməlidir.


Tarix: 5 – 10 May 2016

Saat: 12:00 - 18:00

Iştirak sərbəstdir


FACEBOOK

Yüklənir