May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

AMERİKA KİNOREJİSSERU VƏ PRODÜSERİ LİZA LİMAN İLƏ 1 GÜNLÜK USTAD DƏRS

10 Fev 17

YARAt Müasir İncəsənət Məkanı fevralın 10-u Amerikalı kinorejissor və prodüser Liza Limanın rəhbərliyi ilə keçiriləcək 1 günlük ustad dərsə dəvət edir.

Ustad dərs YARAT Freestyle çərçivəsində və Bakıda ABŞ Səfirliyinin dəstəyi ilə təşkil olunur.

Ustad dərs kinematoqrafiya sahəsində çalışan bütün peşəkar və həvəskarlara açıqdır.


Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq məqsədi ilə xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Liza Liman (Lisa Leeman) (ABŞ) - sənədli film ssenaristi, rejissor və montajçı. Onun Paola di Florio ilə birlikdə çəkdiyi “Oyaq: Yoqandanın həyatı” (Awake: The Life of Yoganda) filminin premyerası 2014-cü ilin may ayında Sietl Film Festivalında baş tutmuşdur. Həmin film “İlluminate” Film Festivalında “Tamaşaçı rəğbəti” mükafatına, Maui Film Festivalında isə, “Kinonun Ruhu” mükafatına layiq görülmüşdür. Lizanın “Şanslı bir fil” filminin premyerası 2010-cu ildə Los-Anceles Film Festivalında olmuşdur və Beynəlxalq Sənədli Film Festivalı (Amsterdam), Sent-Luis və Starz Denver (ABŞ) kimi film festivallarında nümayiş olunmağa davam etmişdir.

*Daha ətraflı burada: http://www.lisaleeman.com/about.html


Seminarın mövzuları:

  • Quruluş və nəqletmə
  • Filmin konseptuallaşdırılması / Filmin istehsalını planlamaq
  • Maliyyə dəstəyi / Nümayiş imkanları

Ustad dərs zamanı Azərbaycan dilinə sinxron tərcümə aparılacaqdır.


QEYD: İştirakınız barədə öncədən ulvia.a@yarat.az ünvanına ad və soyadınızı göndərməyiniz tələb olunur.


Tarix: 10 fevral, 2017

Vaxt: 14:00 - 18:30

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə - Çoxtəyinatlı zal)

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın.

Giriş: Öncədən qeydiyyatla, ödənişsiz.


FACEBOOK

Yüklənir