May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

MEMARLAR ÜÇÜN! KAĞIZ VƏ PARAMETRİK MODELLƏŞDİRMƏ ÜZRƏ PEDRO XANUARİO (PORTUQALİYA) İLƏ USTAD DƏRSLƏR

25 Noy 16

MEMARLAR ÜÇÜN! 

KAĞIZ VƏ PARAMETRİK MODELLƏŞDİRMƏ USTAD DƏRSLƏR


Mühazirəçi: Pedro Migel Qomes Xanuario (Portuqaliya), memarlıq üzrə elmlər doktoru

 


YARAT Müasir İncəsənət Məkanı, böyük məmnuniyyətlə Sizi memarlıq üzrə elmlər doktoru Pedro Migel Qomes Xanuarionun (Portuqaliya) “Kağız və parametrik modelləşdirmə” seminarına dəvət edir. 

 


Tarix: 5 – 9 dekabr 2016-cı il

Vaxt: Bazar ertəsi – Cümə axşamı, saat 10.00 – 15.00; Cümə, saat 10.00 – 16.30

Ünvan: Artım Layihə Məkanı 

İçərişəhər, Böyük Qala küçəsi 30, 001A 


İştirakçılar üçün əsas tələblər:

  • İngilis dilini bilmək (minimum B1 səviyyəsi)
  • Kompüterlə modelləşdirmə (CAD) proqramları ilə iş təcrübəsi
  • Ümumi həndəsi və riyazi biliklər

Müraciət üçün son tarix: 25 noyabr 2016-cı il


Zəhmət olmasa, öz CV-nizi və işlərinizin portfoliosunu info@yarat.az e-poçt ünvanına yollayın


ARTIM Layihə Məkanı Portuqaliyanın sayılıb-seçilən memarlarından biri, Pedro Migel Qomes Xanuario tərəfindən “Kağız və parametrik modelləşdirmə” mövzusunda keçiriləcək ustad dərsdə iştirak etməyə dəvət edir. Ustad dərs 5 gün davam edəcək. Ustad dərsin sonuncu günü, 9 dekabr tarixində nəticələr ARTIM layihə məkanında ictimaiyyətə təqdim ediləcək. 

“Kağız və parametrik modelləşdirmə” ustad dərsləri, Yaponiyanın qədim oriqami (kağız qatlama) sənətindən istifadə etməklə, parametrik layihələndirmə (modelləşdirmə) üzrə rəqəmsal alətlərin köməyi ilə “qrafik düşüncənin” dəstəklənməsi ilə bağlı yeni konsepsiyanı araşdırır. Ustad dərsin başlıca məqsədi, xüsusi olaraq dizayn, memarlıq, struktur layihələndirmə və yaradıcılıq sahələrində layihələrin estetik və funksional ölçülərdə konseptuallaşdırılması prosesində ideyaların formalaşmasını stimullaşdırmaq və qeydə almaq üçün istifadə ediləcək yeni və güclü alət qismində kağız qatlama sənətini parametrik modelləşdirmə ilə birləşdirərək, mövcud potensialı üzə çıxarmaqdır.

Bu ustad dərs sistematik olaraq artan mürəkkəblik prosesi boyunca və get-gedə daha qəliz strukturların formalaşdırılması üçün birləşdirilə bilən modullar qismində oriqami sənətinin əsaslarını öyrənməyə imkan verir. Qatlama prosesində memarlıq və dizayna analogiyalar yaradan zaman yaddaşdan istifadə edildiyi üçün, iştirakçılar kağızın estetik və fiziki xüsusiyyətlərini araşdırmaq imkanını əldə edəcəklər. Bundan əvvəl öyrənilmiş oriqami texnikalarına əsaslanan yekun obyekt və ya xüsusi strukturu təsəvvür etmək üçün, konseptual alət qismində adi kağızdan istifadə ediləcək.


ARTIM Layihə Məkanı haqqında

ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir. Proqramda seçilmiş sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş etdirilir. 


Əlavə suallar və ətraflı məlumat üçün Rövşən Əhmədov ilə əlaqə saxlayasınız: rovshan.a@yaygallery.com


Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414


 

Yüklənir