May 2024

AVROPA DİZAYN İNSTİTUTU – İED BAKIDA

02 Dek 15

Avropa Dizayn İnstitutu IED (Istituto Europeo di Design) Azərbaycandakı İtaliya Səfirliyinin dəstəyi sayəsində Bakıya gəlir: IED tərəfindən YARAT Müasir İncəsənət Mərkəzində konfrans keçiriləcək, “Azərbaycan Moda Həftəsi – 2015” çərçivəsində isə sərgi düzənlənəcək. Bundan əlavə, AFW (Azerbaijan Fashion Week – Azərbaycan Moda Həftəsi) layihəsinin təşkilatçılığı ilə keçirilən “Gənc Dizayner” müsabiqəsinin 3 qalibinin hər biri IED-dən təhsil təqaüdü alacaq.


Konfrans: İncəsənət hər yerdədir!

Müasir incəsənətin dizayn metodologiyası üçün əhəmiyyəti barədə

İqor Efrem Zanti, art-kurator, IED-in Venesiya filialının direktoru

Cakopo Manqaniello, IED-in beynəlxalq marketinq üzrə müdiri


2 dekabr 2015 / Saat 19.30-da


Dizayn metodologiyasının ilk addımını çox vaxt “Tədqiqat” kimi müəyyən edirlər. Halbuki, müasir dizaynerlər öz layihələrinin daha əhəmiyyətli olması üçün bundan da əvvəl müəyyən amillərə əməl etməlidirlər. Müxtəlif yaradıcılıq sahələri arasında hərəkətdə olmaq və hal-hazırda incəsənət, moda, fotoqrafiya, dizayn, reklam aləmində cərəyan edənlərin mahiyyətini anlamaq – bu, müasir dizayner üçün əsas əhəmiyyət kəsb edir... qarşısında duran hər hansı konkret dizayn işi barədə müzakirələrdə onu daha rəqabətli və inandırıcı göstərir. Müasir dünyanın mürəkkəbliyinə necə yanaşdığını dəyişərək, dizayner öz işini və əldə etdiyi nəticələri təkmilləşdirə bilərlər: istər bu bir mebel əşyası olsun, ya da bir paltar, bir aksessuar, bir strategiya. 


İqor Efrem Zanti, art-kurator və IED-in Venesiya filialının direktoru

İqor Efrem Zanti bir neçə il sənətşünas, bir də müasir incəsənət və tətbiqi sənət layihələri üzrə kurator kimi çalışıb. 2005-ci ildən başlayaraq o, İsveçrədə yerləşən Barbara Mahler Qalereyasının kuratorudur. Nüfuzlu “Arte Laguna” incəsənət mükafatının, eləcə də fotoqrafiya sənəti üzrə “I diari della Terra” mükafatının həm təsisçilərindən biri, həm də münsiflər heyətinin üzvüdür. Bir neçə mədəniyyət birliyinin bədii məsləhətçisidir. 2008-ci ildə Molyano-Veneto əyalətindəki Brolo İncəsənət və Mədəniyyət Mərkəzindəki muzeyin bədii rəhbəri təyin olunub. 2009-cu ildən etibarən IED ilə əməkdaşlıq edir: öncə mühazirəçi qismində, sonra isə 2012-ci ildə IED-in Venesiya filialının direktoru oldu. Yazıları incəsənət üzrə müxtəlif jurnallarda dərc olunur.


Cakopo Manqaniello – IED-in beynəlxalq marketinq üzrə müdiri

Bir neçə il ərzində Romada müasir incəsənət sahəsində işləyib, Outdoor (www.out-door.it) kimi beynəlxalq şəhər (urban) incəsənəti festivallarının təşkilatçısı və əlaqələndiricisi olub. Sonra isə beynəlxalq dizayn və moda aləminə keçərək, IED-də çalışıb. Tələbə təqaüdləri təyin edir, Tbilisi və Beyrut kimi şəhərlərdə keçirilən yeni moda və dizayn həftələrində iştirak edərək, gənc istedadlara niyyətlərinə çatmağa köməklik göstərir.


Tarix: 2 dekabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir.

Məkan: YARAT Mərkəzi (Bayıl qəsəbəsi, Dpvlət Bayrağına yaxın)

Əlaqə: sayara.h@yarat.az və ya 050 218 06 29.


Avropa Dizayn İnstitutu IED (Istituto Europeo di Design) “Azərbaycan Moda Həftəsi – 2015” çərçivəsində IED-Roma filialının hazırladığı “FRAMES” moda sərgisini təqdim edir.

30 noyabr – 3 dekabr 2015-ci il


IED-Roma filialının Moda Dizaynı fakültəsinin ilkin ali təhsil bölümündə oxuyan yuxarı kurs bakalavr tələbələri tərəfindən dizayn olunmuş və ilk dəfə Romanın “göbəyində” yerləşən nəfis Palazzo delle Esposizioni sarayının David LaChapelle’s sərgi zalında (“David LaChapelle daşqından sonra”) nümayiş olunmuş bəzi geyimlər indi AFW (Azerbaijan Fashion Week – Azərbaycan Moda Həftəsi) məkanında nümayiş etdiriləcək. “FRAMES” sərgisində dərzi sənətinin ənənəvi qaydalarının tədricən ən novatorçu texnikalara keçməsi nümayiş etdirilir. Moda, dizayn və fotoqrafiya üsulları burada bir-birinə qatılır. Hələ üstəlik, rəqəmsal çap sistemləri ətrafında aparılan möhtəşəm eksperimentlərlə yanaşı, 3D texnologiyası və parça üzərində texnoloji yeniliklərin tətbiqi də öz yerində. Müxtəsər, “FRAMES”-in təqdim etdiyi geyim və zərgərlik məmulatları bənzərsiz “çağdaş sənətkarlıq” kimi səciyyəvidir. Sonucda elə bir unikal modalar nümayişi alınıbdır ki, burada dəqiqlik, yenilik, zarafat ilə ciddilik, yüngüllük hissi ilə mürəkkəb ilham duyğusu – hamısı bir-birinə “tikiş salıblar”. Təkrarsız düşüncələr gətirən dərin araşdırmadan əlavə, təqdimatın öz orijinallığı da “FRAMES”-i novatorçu layihəyə çevirir. Bu modalar nümayişinin başqa bir qeyd olunmalı cəhəti də ondan ibarətdir ki, burada müxtəlif yaradıcı fikirlərin bir-birinə necə  qarışması, iç-içə keçməsi, bir-birinə necə təkan verməsi diqqət mərkəzinə alınır.


FRAMES – IED-Roma filialının hazırladığı moda nümayişi

Azərbaycan Moda Həftəsi – 2015 

30 noyabr – 3 dekabr 2015-ci il

AZ1000, Bakı, Azərbaycan, 

Bakı Ağ Şəhər, “Bulvar” oteli

http://afw.az/ 


Lavinia Ciampa, Ivyhelix (“Sarmaşıq” )

Bu kolleksiyanı təqdim edən qadının çıxışında mürəkkəblik, zəriflik və dərin düşüncələr sezilir. Qat-qat düzülmüş tüldən, şəffaf və pastel boya rənglərində olan parçalardan qurulmuş qiyafətlər birbaşa Art-Nuvo şəkillərinə işarə vurur.  

Martina Biagini, American Made Preppy (“Amerikasayağı Preppy (özəl məktəb şagirdi) 

“Preppy”-ni dərk etmək üçün keçən əsrin əllinci-altmışıncı illərə qayıdıb, ABŞ-da kollec tələbələrinin geyindiyi formalara nəzər salmaq lazımdır. “Köhnə məktəb” ab-havası müəyyən rənglər vasitəsilə dolğunluq alır: dümağ, tünd qırmızı, ingilis yaşılı, oxra, qum rəngi; ən eksklüziv Amerika kolleclərinin özəl nişanlarını xatırladan applikasiya və boyama naxışları da öz rolunu oynayırlar.

Sara Cannatelli, Rebel twice (“İkiqat qiyamçı”)

Lüzumsuz intim reallıq öz çılpaq ruhunu nümayiş etdirir. Aydın konturlu dəqiq sərhəd çəkməkdən ötrü lazım olan əsas elementlər – ciddilik və sadəlikdir. Tərs könlün əyninə zorla keçirilmiş sərt paltar tamamən yeni tip androqin (hər iki cinsin xüsusiyyətlərini özündə birləşdirən) görüntüsü yaradır. Qadınlar milli geyimlərdə ortaya çıxaraq müharibədən sonrakı vaxtların şəhər əhalisini xatırladırlar. Onlar kişi paltarını da geyinir – bununla da sərt və qərarlı olduqlarını, gələcək üçün bütün məsuliyyəti öz üzərinə götürdüklərini ifadə edirlər. 

Flaminia Pietravalle, Neatness (“Səliqə”)

“Səliqə” – təmizkarlıq, dəqiqlik, sadəlik və ciddilik ifadə edir, özü də bu cəhətlərin hamısı memarlıq, incəsənət və dizaynı əhatə edən “ideal”-a aiddir. Gerçəklik və əşyalar vacib olmayan cizgiləri bir kənara qoyub, sırf öz mahiyyətini nümayiş etdirirlər. Formalar minimal və həndəsidir, təmiz və düz xətlərdən ibarətdir. Şəffaflıq, üst-üstə düzülən laylar, naxışlar… Qabarıq motivlər isə Joachim Bandau, Nubuhiro Nakanishi və ağ köynəkli bənzərsiz Gianfranco Ferrè-nin əsərlərindən xəbər verirlər.


Bundan əlavə, AFW ilə IED tərəfindən gənc dizaynerlər arasında aşağıda göstərilən kateqoriyalar üzrə ilk dəfə müsabiqə də keçiriləcək:

1.    Moda/geyim dizaynı
2.    Memarlıq və interyer dizaynı
3.    Qrafika/kompüter dizaynı
4.    Parçaların dizaynı və moda illüstrasiyaları

Müsabiqənin qalibləri IED (Istituto Europeo di Design) institutunda oxumaq imkanı qazanacaqlar.  

Azərbaycanlı dizaynerlərlə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Fransa kimi ölkələri təmsil edən iştirakçılar da müsabiqəyə qatılacaqlar.


Müsabiqənin yekun mərhələsi dekabrın 4-də, MİM muzeyində keçiriləcək.


Istituto Europeo di Design, IED (Avropa Dizayn İnstitutu)

IED is a 100% Made in Italy international network operating in the fields of education and research in Italy, Spain and Brazil.  IED Design, IED Fashion, IED Visual Arts and IED Communicationare the four departments present in each IED location, united by the common denominator of design culture. IED Educational Offer is made of Official Undergraduate courses, IED Diploma courses, Master courses, Academic Year and Semester courses, Summer/Winter courses, Specialization courses. IED teaching methods require that the departments forge strong bonds with the local industry; interface with their benchmark sectors, interact with each other and evolve accordingly. For these reasons, rather than just keeping in step with their times, the IED training courses are often thriving trend anticipators. IED represents a innovation hub where professionals from a variety of backgrounds come together to provide the input for a cross-fertilisation between areas and disciplines. IED forms a truly unique network of encounters, experiences, people and cultures. The outcome is excellence.


Contact information:

www.ied.edu

facebook.com/IEDesign

twitter.com/IED_Official

instagram.com/ied_official  


Yüklənir