May 2024

MARK CENKİNS, `MANİMAL` LAYİHƏSİ BAKU PUBLİC ART FESTİVAL 2013 :

07 Avq - 30 Avq 13

`MANİMALS`
MARK CENKINS (Vaşinqton, ABŞ)


21 avqust, 2013 / saat 19.00
Fəvvarələr Meydanı
/ Kurator: NAİLƏ ALLAHVERDİYEVA /


Digər gənc tələbələrlə birgə: AYSEL RƏHİMLİ, SƏYYARƏ NEYMƏTOVA, ŞƏRGİYYƏ HƏSƏNOVA, SƏBİNƏ NƏCƏFOVA, NİNA NƏRİMANOVA


YARAT Müasir İncəsənət Məkanı `Participate` Bakı Pablik Art 2013 Festivalın çərçəvəsində amerikalı rəssam Mark Cenkins `Manimals` layihəsini təqdim edirik, həmçinin Cenkinsin rəhbərlik etdiyi ustad dərslərində tələbələr `Animal Planet` kimi eyni movzularda şəhər mühiti üçün müxtəlif layihələr yaratmışlar. 


Mark Cenkins (1970-ci ildə ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində dünyaya gəlib) Amerikan sənətçisidir, dünyada dakt-teypdən hazırladığı küçə instalyasiyalarına görə məşhurdur. Onun əsərləri Time Out New York, The Washington Post və The Endependent kimi nəşrlər tərəfindən qeyd olunub.Dünyanın küçə incəsənəti barəsində olan ən məshur bloqlarından biri Woostercollective.com Mark Cenkinsin işlərini xüsusən təhlil edib. Küçə incəsənətinə əlavə olaraq, sənətçinin əsərləri Birləşmiş Statların, Kontinental Avropa, Braziliya və Birləsmis Krallıgın qalereyalarında sərgilənir. Cenkinsin layihələri başqalarını da dünyanın hər yerində “Scotch culture” inkişaf etdirməyə ruhlandırıb. Sənətçi fəal şəkildə yeni texnologiyalarını onlayn www.tapesculpture.org elektron səhifəsində irəli sürur və səfər etdiyi şəhərlərdə iş vaxtı efemer heykəllərin yaradılma prosesini öyrədir. O hal-hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayır.


Yüklənir