May 2024

ART GƏNCƏ - 2013:

19 Sen - 22 Sen 13

Hörmətli Gəncəlilər və Gəncənin qonaqları!

YARAT Müasir İncəsənət Məkanı və “Taghiyev Group” şirkəti 2013-cü ilin 19-22 sentyabr tarixlərində keçiriləcək “ArtGanja” Festivalının açılışını elan edirlər. Festival təşkilatçılarının əsas məqsədi bu qədim şəhərə və ümumiyyətlə Azərbaycana xas olan bədii və mədəni ənənələrinin populyarlaşdırılmasıdır. Festival proqramı çərçivəsində iştirakçıları ya gəncəli, ya da Gəncə mənşəli olan rəssamlarının yaratdığı əsərlərin silsilə nümayişi nəzərdə tutulur. Bu sərgilərin iştirakçıları sırasında Ramal Kazımovu, Vüsal Rəhimi, Elçin Vəliyevi və müasir incəsənətinin digər nümayəndələrini qeyd etmək olar. Rəssamların çəkdiyi şəkillər Şəhər İcra Hakimiyyəti binasının önündə, Gəncənin baş meydanında çadırlarda nümayiş olunacaq.

Festivalın digər əhəmiyyətli tədbirləri sırasında Xan Bağında açıq səma altında keçiriləcək bədii fotoşəkil sərgisini qeyd etmək lazımdır. Sərgi Azərbaycan Fotoqraflar Birliyinin sədri, Cənab Mirnaib Həsənoğlu tərəfindən keçirilən birhəftəlik məşğələlər nəticəsində çəkilmiş fotoşəkillərdən seçmələri nümayiş edəcək, habelə Gəncənin tarixi irsini və şəhərin bugünkü reallıqlarını əks etdirəcək. Festivalın ikinci günündə, sentyabr ayının 20-də üşaqlar üçün nəzərdə tutulmuş məşğələlər keçiriləcək. Məşğələlər zamanı balacalar peşəkar rəssamların rəhbərliyi altında öz fərdi instalyasiyaları qurmaq imkanı əldə edəcək.

Festival proqramına həmçinin müasir poeziya axşamının təşkili də daxildir. Bu tədbirdə beş müasir Azərbaycan şairinin əsərlərinin şəhərin gənc və peşəkar aktyorların ifasında səsləndirilməsi nəzərdə tutulur. Poeziya axşamı saat 17:00-də yerli Ticarət Mərkəzində başlayacaq, sonra isə, saat 19:00-da Xan Bağında davam edəcək. Sentyabr ayının 21-də keçirilməsi nəzərdə tutulan bu tədbir möhtəşəm şairə Məhsəti Gəncəvinin 900-illik yubileyi ilində xüsusi əhəmiyyətə malikdir. “ArtGanja” Festivalı Xan Bağında keçiriləcək caz konserti ilə sona çatacaq. 

Proqram:

19 Sentyabr

Saat 19:00 / Xan Bağı - Müasir təsviri incəsənət və `Gəncə. Özünümüşahidə` adlı fotoqrafiya sərgisinin açılışı

20 Sentyabr

Saat 15:00 / Xan Bağı - Uşaqlar üçün yaradıcı məşğələlər

21 senyabr

17:00 / Tağıyev Mall - Poeziya çıxışları 

19:00 / Xan Bağı - Poeziya və musiqi axşamı 

22 Senyabr

19:00 / Xan Bağı - Caz konserti. Festivalın bağlanışı

((EndFragment))


 

Yüklənir