May 2024

`ŞƏXSİ MUZEY` QRUP SƏRGİ

22 Sen - 25 Sen 13

`ŞƏXSİ MUZEY` 

foto-layihə

Quram Tsibaxaşvilinin keçirilmiş ustad dərslərin iştirakçılarının yekun sərgisi

22 - 30.09.2013 

`Art Villa` exhibition hall

 

YARAT Müasir İncəsənət Məkanı Təşkilatı layihəsi olan “Şəxsi Müzey” müasir fotoqrafiya ustad dərsləri çərçivəsində tanınmış fotoqraf Quram Tsibaxaşvili və onun tələbələrinin işləri sərgilənmişdir.

 

Çox vaxt evimizdə yalnız bizə dəyərli ola biləcək şeyləri qoruyub saxlayırıq; köhnə fotoqrafiya yaxud rəngi solmuş açıqca, sınmış oyuncaq, üzərində çat olan sevimli fincan, işləməyən saat və s. Bu əşyalar sahibləri üçün çox qiymətlidir, çünki hər biri ilə bağlı xatirə yaşayır, hər birində ruhun bir hissəsi var.

Master-klass iştirakçıları ev kolleksiyasına daxil olan bu xırda, amma çox dəyərli eksponatları tapacaq və onların fotoşəkillərini çəkəcəklər. Hər bir fotoşəkil onun dəyərini göstərən tarixçəsi ilə birgə təqdim ediləcəkdir.

İştirakçilar: Səyyarə Neymətova, Mark Rafaelov,  Ismayil Hüseynov, Marta Ramazanova, Khadija Mövsum-zade, Əminə Balaoğlanova, Bahar Əlizade, Chinarə Məjidova, Aysel Amirova,  Sitara Abdullayeva, Aysel Nagiyeva, Pakiza Bayramova, Aysel Rahimli, Arzu Murvətova, Əziz Karimov, Bahar Əlizade, Emin Məmmədov, Leyla Bağirli,  Nurana Novruzova, Rasim Abdürrəhmanov, Seljan Gurbanova,  Seymur Abbasov, Seymur Asad, Shərgiyyə Həsənova, Aysel Rəhimli.

 

Quram Tsibaxaşvili 1960-cı ildə Tbilisidə anadan olmuşdur. 1990-94 illərdə arasında məzun olduğu doğma Tbilisi Dövlət Universitetində fotoqrafiya nəzəriyyəsi üzrə dərs demişdir. 1988-ci ildən bir sıra gürcü çap nəşriyyatları ilə əməkdaşlıq etmiş və rezident fotoqraf kimi çalışmışdır. Quram Tsibaxaşvili 2000-ci ildə Qafqaz Mədəni İnkişaf Mərkəzini, 2007-ci ildə isə Tbilisi Fotoqraflar Evini yaratmışdır. Həmçinin 2007-ci ildə “FOTO Amarta” jurnalının baş redaktoru təyin edilmişdir.


Yüklənir