May 2024

“SOYUQ ƏLLƏR – ISTI ÜRƏK”:

13 Dek - 20 Dek 13

Qarşıdan gələn bayramlar ərəfəsində YARAT Müasir İncəsənət Məkanı “Nargis” jurnalının təşkilatçılığı ilə keçiriləcək “Soyuq əllər – isti ürək” adlı Yeni İl Xeyriyyə Yarmarkasında iştirak edəcək. 

 

Yarmarka dekabr ayının 13-ündən 20-nə qədər Fəvvarələr Meydanında fəaliyyət göstərəcək və həmin günlər ərzində hər kəs bayram abu-havasından həzz alaraq “Jan Atelier”, “Lilac”, “Carrousel”, “Ali &Nino” və başqa məşhur brendlərin təqdim etdiyi maraqlı suvenir və şirniyyat əldə edə biləcək. Azərbaycanın müasir incəsənətinə artıq 2 illik bir müddət ərzində dəstək göstərən YARAT qeyri-kommersiya təşkilatı, həmçinin, gənc Azərbaycan rəssamlarının müəllif suvenirləri kolleksiyasını sizin nəzərinizə çatdıracaqdır. Suvenir satışlarından əldə olunacaq bütün vəsaitlər xeyriyyəçilik işlərinə yönələcəkdir.

Tədbirin açılışını axşamın ulduzu Miri Yusif və 3 saylı eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbinin istedadlı sakinləri ilə birgə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova edəcəkdir.  Suvenir və şirniyyatdan əlavə, qonaqları, həmçinin, Azərbaycanın aparıcı yazıçılarının imza sessiyaları, uşaq və böyüklər üçün  müxtəlif əyləncələr və, əlbəttə ki, Şaxta Baba və Qar Qız gözləyir.

Hər gün saat 12:00-dan etibarən qonaqlar yeni il xitlərindən həzz alaraq isti şokolad içəcək və “Nargis” jurnalının partnyorlarının təqdim etdiyi əyləncələrə qatılacaqlar.

20 dekabr, Cümə günü sizi xeyriyyə yarmarkasının təntənəli qapanış mərasimi gözləyir ki, onun çərçivəsində hər iştirakçının “Nargis” jurnalının partnyorlarından müxtəlif hədiyyələr qazanmaq şansı olacaq lotereya keçiriləcək. Hədiyyələr arasında, həmçinin, Emin Ağalarovun konsertinə iki bilet və əsas priz – “Pasha Travel” şirkətindən Dubaya səyahət də yer alıb.

Gecənin əsas qonağı məşhur moda saytı olan Buro 24/7-nin Azərbaycan versiyasının buraxılışı ərəfəsində sərgini ziyarət edəcək Miroslava Duma olacaqdır. 

Uşaq evləri və internatlardan olan qayğıdan məhrum körpələrin ən böyük arzularını yerinə yetirmək imkanını qaçırmayın. Gəlin hər birimiz Şaxta Babaya çevrilək!

 

“Soyuq əllər – isti ürək”Yeni İl yarmarkasının Baş Sponsoru “Bank Technique”-dir.

 

 Yarmarkanın rəsmi açılışı 14 dekabr saat 19:00-da baş tutacaq.


Yüklənir