May 2024

BAKI MİM-DƏ RƏŞAD BABAYEVİN FƏRDİ SƏRGİSİ

28 Sen - 27 Okt 14

RƏŞAD BABAYEV

ADA

FƏRDİ SƏRGİ

28 sentyabr > 27 oktyabr 2014

27  sentyabr 2014-cü il tarixində Bakı  Müasir  İncəsənət  Muzeyində  Azərbaycan rəssamı Rəşad Babayevin “ADA” adlı fərdi sərgisinin açılış mərasimi olacaqdır. 

Rəşad Babayev 22 noyabr 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1997-ci ildə Amerika İnstitunun Beynəlxalq fakültəsini bitirmiş, təhsilini Bakı Dövlət Universitetində davam etdirmiş və 2001- ci ildə hüquq fakültəsini bitirmişdir.
Rəşad Babayev 2000-ci ildə rəssamlığa başlamazdan öncə hüquqşünas təhsili almışdır. Onun ilk fərdi sərgisi 2004-cü ildə keçirilmişdir. Rəşad Babayev Azərbaycan Rəssamlaq İttifaqının üzvüdür. 2005-ci ildən Londonda, Parisdə, Berlində, Romada keçirilən bir çox beynəlxalq sərgilərdə, eləcə də, 55-ci Biennalidə iştirak etmişdir. Rəssamın əsərləri Bakı Müasir İncəsənət Müzeyində və şəxsi kolleksiyalarda saxlanılır. 2012-ci ildən əsərlərə ssenarilər yazır və 2013-cü ildə Azərbaycan Kinematoqraflar Birliyində promo diploma layiq görülür. 

Rəssam cavan nəslin nümayəndəsidir. O, öz zəngin mədəni irsi ilə əlaqəni saxlamaqla yanaşı, yaşlı nəsillə birgə, müasir Azərbaycan incəsənətinin inkişafı naminə çalışır. 
Rəssam Rəşad Babayevin incə və bir qədər sirli yaradıcılığı birbaşa danışmanı sevmir. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadəliklə fərqlənir. Öz şəxsi reallığını yaradaraq və xəyallar dünyasına müraciət edərək, Rəşad Babayev fikirlərə forma və enerji verir. Bu da rəssamın fərdi sərgisində onun əsərlərini tamaşaçıya ayrı – ayrılıqda qiymətləndirməyə imkan yaradacaq. 

Metaforik “ADA” adı altında keçirilən sərgi, sanki tamaşaçını dzen dünyasının mistisizminə salır. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadə-liklə fərqlənir. Sanki Rəşad Babayev öz əsərlərində daima əbədiyyətlə təmasda olur.

Sərgidə rəssamın 30-a yaxın rəngkarlıq əsəri və 3 installasiyası təqdim olunacaq.

Sərginin keçirilmə məkanı: Müasir İncəsənət Muzeyi
Sərginin açılışı: 27 sentyabr. Giriş dəvətnamə ilədir
Keçirilmə vaxtı: 28.09 - 27.10.2014
İş vaxtı: 11:00 - 20:00, Çərşənbə axşamı - Bazar günü
Biletin qiyməti: 5 AZN


Facebookda tədbir

PresReliz yüklə

Kataloq yüklə

Yüklənir