May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB: 100% MADE IN AZERBAIJAN

04 Apr 17

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində “100% Made in Azerbaijan” adlı birgünlük ilk yekun sərgini ARTIM Layihə Məkanında təqdim edir.


“Layihələrinin birinin hazırlanması zamanı fikrimə belə bir ideya gəldi ki, mənim istifadə etdiyim materialların heç biri Azərbaycanda istehsal olunmayıb və bura xaricdən gətirilib. Ağlımda bir sual yarandı: görəsən, yalnız yerli məhsullardan hazırlanmış iş yaratmaq mümkündürmü? Bu sualın cavabını “100% Made in Azerbaijan” adlı sərgidə almaq olar” – Fərhad Fərzəliyev, sərginin kuratoru. 

“Hamı yerli mal alsın, xeyir vətənə qalsın” devizi iqtisadi böhran zamanı çox aktualdır. Xaricdən gətirilən bədii materialların yerli bazarda bahaçılığı yaradıcılığa maneə olmamalıdır, əksinə unikallıq axtarışlarına çağırmalı, eksperimentlərə ilhamlandırmalıdır . Materialın coğrafiyasına olan səlis yanaşma çox zaman rəssamın vizit kartına çevrilir. Müasir incəsənətin şöhrət qazanmış bir çox simaları yaradıcılığında məhz yerli məhsul istifadə edərək məşhurlaşıblar. 


ARTIM Lab layihəsinin iştirakçıları Hatəm Əlizadə, Leyla Quliyeva, Şahnaz Ağayeva, Aydan Mirzəyeva, İlahə Xalıqova, Çinarə Vəliyeva, Atəş Əzizov, Amil Quliyev, Etibar İsmayılov, Aqil Tahirli və Mousa Bəyzadə sərginin kuratoru Fərhad Fərzəliyevlə 3 həftəlik “100% Made in Azerbaijan” adlı ustad dərslərin nəticəsində ərsəyə gəlmiş əsərləri nümayiş etdirirlər.

Layihə özünüifadə etmək üçün yerli materiallardan və müxtəlif üsullarla yaradılan eksperimentlərin nəticəsini göstərir.


Tarix: 4 aprel 2017-ci il

Saat: 19:00

Address: ARTIM Project Space

ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir