21 May - 12 İyn 14
2012-ci ildə Zamir Süleymanov və Emin Əzizbəyli tərəfindən çəkilən Astar qısametrajlı filmində Bakı şəhərinin ətrafında yaşayan gənc oğlanın hekayəsi nəql olunur. Sonu bəlli olmayan filmdə rejissorlar baş qəhrəmanın ictimai və şəxsi həyatda etdiyi yeknəsəq hərəkətlərdən və fəaliyyətdən bəhs edirlər. Gerçəkliyin təxəyyülə qarışdığı filmdə nəinki baş qəhrəmanın yaşadığı məhəllədə mövcud olan, həmçinin xəyalında yaradılan antropogen landşaft üzrə irəlilədikcə Arzuman adlı baş qəhrəmanın obrazı formalaşır. Baş qəhrəman adının açıqlaması “xəyalpərəst şəxs” mənasını kəsb edən (“arzu”-istək, dilək; “man”-insan) filmdə paytaxt şəhərin ətrafında olan həyatdan, sahibkarlıqdan, sevgidən və gerçəkliyin özündən söhbət açılır.
Nəzrin Məmmədovanın ərsəyə gətirdiyi silsilə işlərdə, müəllifin Azərbaycan bölgələrinə etdiyi səfər zamanı çəkdirdiyi evlərin dam örtüklərinin fotolarda öz əksini tapır. 2014-cü ildə yaradılan Şirvan silsilə fotolar rəqəmsal vasitələrlə düzəldilən və çoxaldılan dam örtüklərinin surətləri mövcud olduğu kontekstdən qopardılarkən müstəqil işarələr qismində təqdim olunur. Həm binanın örtülməsi, həm də bəzədilməsi məqsədilə adətən istifadə olunan polad damlar yerli müasir incəsənətinin simvollarını, habelə mənsub olduğu özünəməxsus yaşayış binalarının birmənalı həmahəngliyini təşkil edir. Beləliklə, Məmmədovanın ərsəyə gətirdiyi əsərlər “tikinti bumun” əmələ gətirdiyi eyniliyi, qədim sənətkarlıq ənənələrini və ucuz tikinti materiallarını birləşdirən əyalət sakinlərinin və onların məxsusi ifadə tərzinin rəqəmsal portretini müəyyənləşdirir.
Layihəyə Artım gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində Bank Technique sponsorluq edir.