18 Okt - 08 Dek 14
“Milli Qalereyada yanğın çıxsa hansı rəsm əsərini xilas ederdim? Təbii ki, qapıya ən yaxın olanı...”
(Gorg Bernard Şou)
Britaniyalı dramaturqun bu hazırcavab etirafı əslində bir neçə bariz sualları ortaya çıxarır: Müasir insan muzeyi içərisindəki xəzinələrlə birgə nə dərəcədə ciddiyə ala bilər? XXI əsrdə bizim üçün muzey nədir? Həqiqətənmi fransız şair və siyasətçi Alphonse de Lamartine dediyi kimi "sənət qəbiristanlığı"dır, yoxsa "Yaddaş və Mədəniyyət Holdinqi"dir?
Əlbəttə, dünyada yalnız maraqlı olmaqla tükənməyib, həm də valehedici bir çox muzey var. Məsələn, Yaponiya Hokkaido adasında “Qar dənəciyi” muzeyi, Budapeştdə “Marzipan” muzeyi, Stokholmda “Rəqs” muzeyi, İndoneziyada “Büzgü” muzeyi və Sankt-Peterburqdakı “Kəpənəklər” muzeyi, hansında ki, tropik iqlim şəraitində yaşayan kəpənəklər nümayiş etdirilir.
Artıq uzun zamandır ki, muzey anlayışı yalnız tozlu rəflərdən və ciddi məhsullardan ibarət yer kimi yox, həm də interaktiv, yüksək texnologiyalı və rahat şəkildə məlumat ala biləcəyiniz yer konseptini əhatə etməyə başlayıb. Buna baxmayaraq hamımıza “klassik muzey”in məkana dəvətsiz müdaxilə cəhdinə reaksiyası maraqlıdır. Məsələn, əgər kimsə tarixi muzeyə müasir incəsənət nümunəsi yerləşdirsə nə baş verərdi? Bu obyekt yad kimi görünərdi, yoxsa milli sənət ənənələrinin məntiqi davamçısı kimi? Bəs bu müdaxilə əgər Səbinə Şıxlinskayanın rəhbərlik etdiyi 31 gənc və eyni zamanda hədsiz istedadlı rəssamlar tərəfindən edilsə nə baş verərdi? Cəsarət və özünə inam ARTIM iştirakçılarını Azərbaycan mədəni irsini gənclərinə bağlı şəkildə yenidən düşünməyə sövq etdi. Lakin, Bakının 3 ən yaxşı muzeylərində sərgi imtiyazı ilə birgə, iştirakçılar həm də bir neçə ay davam edən böyük araşdırma etdilər. YARAT təşkilatının digər heç bir təhsil layihəsi bu qədər cəsarət və tarixə qayıdış tələb etməmişdi. Bizim digər heç bir layihəmiz hələ bu qədər ortada cavabdan çox sual işarəsi buraxmamışdı. Biz ümid edirik ki, bu layihə də Azərbaycan incənətinin keçmişi və bu günü arasında xüsusi bağ halına çevriləcək.
ÜLVİYYƏ AXUNDOVA
YARAT Müasir İncəsənət Məkanı, Tədris Proqrammları üzrə koordinator