11 Dek - 02 Yan 15
RƏSSAMIN SÖZÜ
Sabina Şixlinskaya
Müasir cəmiyyətin bölüşdüyü niyyətlərin, habelə ən çox rast gəlinən şiddətli arzuların obrazlarını kinayəli şəkildə əks etdirən və canlandıran bu sərgidə 7 neon işıq və video instalyasiyalar nümayiş olunur. İnstalyasiyaların adları – Hakimiyyət, Şan-Şöhrət, Azadlıq, Seçim, Xoşbəxtlik, Üfüqlər və Təbiətdir.
Nümayiş olunan əsərlərin təməlini bəşəriyyəti maraqlandıran ən zəruri suallardan biri – “malik olmaq və ya var olmaq?” haqqında düşüncələr təşkil edir.
Məşhur psixoanalitik və freydo-marksist Erix Fromm “Malik olmaq və ya var olmaq?” adlı fundamental əsərində qeyd edirdi ki, bəşəriyyətin hüdudsuz səadət, azadlıq, bolluq və təbiət üzərində hökmranlıqla bağlı ümidləri məhz sənayeləşmə erasının gəlişinə təsadüf edir. Ehtimal olunurdu ki, qeyri-məhdud istehsal hədsiz istehlakı yaradacaq və beləliklə, bolluq vəziyyətinə gətirib çıxaracaq. Lakin, nəticədə bu hal yalnız malik olmaq seçimini var olmaq seçimindən üstün tutan materialist cəmiyyətin formalaşmasına səbəb oldu.
Mən məqsədyönlü şəkildə neon işığının istifadə olunduğu əsərlərimi seçdim, çünki o, müasir reklamçılıqda parlaqlıq və rəng xassələri sayəsində geniş istifadə olunan bir ifadə vasitəsidir. Məqsədim – müasir cəmiyyətdə materialist niyyətlərin cazibədarlığı və məşhurluğu ilə bağlı tənqidi və istehzalı baxışların nümayiş etdirilməsi olduğundan, təqdim olunan əsərlərdə vizual və semantik xəyaliliyin əks olunması üçün neon işığı ən mükəmməl ifadə vasitəsidir.
Neon işıqlandırmanın
İLLÜZİYALARI
Xatuna Xabuliani
İncəsənət tənqidçisi
“Malik olmaq və ya var olmaq?” – Sabina Şixlinskayanın neon işığının xüsusiyyətlərini ifadə edən multimedia layihəsi, Marşal Maklüenin məşhur “Vəsait İsmarışdır” aforizminə yeni baxış əta edir: hər bir vəsait, əks etdirdiyi məzmundan asılı olmayaraq, təkraredilməz ismarışı bildirən özünəməxsus təsir nəticəsinə malikdir.
Həqiqətən də, neon işığı məxsusi tarixə sahib olan təsiredici vizual ifadə vəsaitidir və xəyali meqapolislər və işıqlı reklamla əlaqələndirilən sistemdir. Bundan başqa, o, şübhəsiz ki, konseptual incəsənətin klassikası ilə bağlı bir vəsaitdir, Brüs Naumanın 1967-ci ildə ərsəyə gətirdiyi “Həqiqi rəssam mistik həqiqətləri açmaqla dünyaya kömək edir” neon spiral yazısı bu sənətin bariz nümunəsidir.
Sabina Şixlinskaya neon işıqlarının vizual məzmunu ilə işləməyə başlayan rəssam və müstəqil kuratordur. O, müasir Azərbaycan incəsənətində məşhur olan bir rəssamdır, həmçinin, beynəlxalq incəsənət aləmində onu müxtəlif vəsaitlərdən istifadə edən və fərqli sahələrdə özünü sınayan şəxsiyyət kimi də tanıyırlar. Adətən, onun tədqiqat işi nəticəsində əmələ gələn incəsənət əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır və ilk dəfə fasadın tərtibatında istifadə etdiyi neon işığı sayaq daim cəsur təxəyyülə əsaslanır. Onun hazırladığı üçölçülü dekorativ panel, yəni işıqlı divar naxışı Bakının “Landmark” kompleksinin “Rotonda” adlı binasının portalı üzərində quraşdırılıb. Bu irihəcmli neon qrafikası üslubunda işlənib hazırlanan əsər qədimdən gələn tarixi və mədəni irsi əks etdirir. Bu istiqamətdə fəaliyyət göstərən Sabina Şıxlinskaya, neon üzləməsi və işıq-diod panellərin quraşdırılması sahəsində on altı ilin təcrübəsinə malik, şüşə üfürmə və çərçivələrin hazırlanması üzrə mütəxəssis, iranlı rəssam Həyas Hüseyni ilə əməkdaşlığa başladı. Həmin sənətkar birliyi nəticəsində dərin təsir bağışlayan incəsənət əsəri yaradılmışdır. Həyas Hüseyninin peşəkar bacarıqları sayəsində Sabina Şixlinskayanın incəsənətlə bağlı fikirləri və planları reallaşdırıldı.
Əsərlərin məzmunu haqqında söhbət açıldıqda, Sabina Şixlinskaya qeyd etdi ki, tarixi amil daim mövcud mədəniyyətin təməlini təşkil edir və hər bir incəsənət forması müxtəlif dövrləri birləşdirən məcazi işıq vasitəsilə keçmiş təcrübələrə əsaslanır. Bu səpgidə Qobustan və onun rəmzlərinin əhəmiyyəti bir daha vurğulanmış olur. Səciyyəvi qadın siluetləri - ailə ocağı və əbədi yaşamı əks etdirir, qayıq rəmzi isə təbiətin fəth olunmasını və sivilizasiyanın keçdiyi enişli-yoxuşlu cığırları əks etdirən bütün mifoloji obrazların məcmusudur. Neon işıqlarının rəngləri də müvafiq assosiasiyalar doğurur: mavi - səma və dəniz rəngidir, qırmızı - həyat enerjisini əks etdirir, sarı isə - günəş və atəşi bildirir.
Açıq şəkildə ifadə olunmuş rəmzlərin mənaları bələdçiliyin olmasına rəğmən heç bir vəchlə tamaşaçıların qavrama imkanlarını məhdudlaşdırmır; sərgidə fərdi izahat və özünəməxsus qavrama üçün məkanlar da mövcuddur.
Yuxarıda qeyd olunan təcrübə sayəsində, Sabina Şixlinskaya 2014-cü ilin dekabr ayında Bakının Müasir İncəsənət Muzeyində nümayiş olunacaq “İLLÜZİYALAR” adlı irimiqyaslı multimedia layihəsini işləyib hazırlamaq qərarına gəldi. Sərgi əsərlərinin işlənib hazırlanması prosesində istifadə olunan əsas vəsait yenə də neon işığıdır, lakin bu zaman o, video çarxlarla və incəsənət predmetləri ilə əhatə olunur və “Malik olmaq və ya var olmaq?” kimi fəlsəfi sual vasitəsilə təqdim olunur.
Neon işıqların dünyası vizual effektlər sayəsində insanları cəzb edir, eyni zamanda, Jan Bodriyorun fetişi və ya məlumat fenomenin əsas dəyər kimi çıxış etdiyi aşkar materializm şəraitində istehlakçı cəmiyyətin mübtəlalığına çevrilmiş hakimiyyət əlamətini mükəmməl ifadə etdiyi yazılarında əks olunan dövrün rəmzi işarəsinə dönüb. “Biz artıq daha çox məlumatın və daha az mənanın olduğu dünyada yaşayırıq” (Jan Bodriyor, “Görüntü və Simulyasiya”).
Bu cür gerçəklik şəraitində, təbii olaraq, Erix Frommun “Malik olmaq və ya var olmaq?” adlı məşhur əsəri ilə əlaqələndirilən və İkinci Dünya Müharibəsindən sonrakı dövrlə bağlı olan digər bir mövzunun peyda olması zəruridir. Yuxarıda qeyd olunan və keçən əsrin 70-ci illərində ən çox satılan əsərdə həmin ifrat materializm dövrü marksist və neo-freydist nəzəriyyələri ilə izah olunur, məna axtarışını əşyalar və hakimiyyət həvəsi ilə əvəz edən ekzistensial boşluq cəmiyyətinə isə nifrət ifadə olunur.
Bizim dövrdə həmin məsələ yenə də əhəmiyyətini qoruyub saxlayır və qarmaqarışıq məlumatın daimi axını səbəbindən daha böhranlı vəziyyətə düşüb. Mövzunun və neon kimi məxsusi vəsaitin fəlsəfi izahı məntiqi olaraq yeddi işıq və video instalyasiyaların birləşdiyi İLLÜZİYALAR layihəsində özünü büruzə verir. Təqdim olunan əsərlər silsiləsində hər birisi ayrı-ayrılıqda nümayiş edilə bilən incəsənət işləri göstərilir. Əsərlər sənaye və İnternet dövründə yaşayan insanların istək və mətləblərini (“Hakimiyyət”, “Şan-Şöhrət”, “Azadlıq”, “Seçim”, “Xoşbəxtlik”, “Üfüqlər” və “Təbiət”) kinayə ilə təsvir edir.
Bəzi instalyasiyalar, misal üçün, heç bir məkana aparmayan təsviri pilləkən və ya hər tərəfdə kameralar quraşdırıldığı və üzərində rişxəndlə Azad Məkan yazıldığı otaq minimalizm və yığcam illüstrasiyalar üslubunda işlənərək hazırlanıb.
Daha çox laylara və daha dolaşıq struktura malik olan növbəti instalyasiyada quraşdırılmış fərdi məkan, habelə bir neçə fəaliyyəti (yelləncəkdə qızın yellənməsini, qaynaq aparatı ilə işləyən insanı və ön planda əleyhqaz geyinmiş kişinin işləməsini) eyni zamanda nümayiş etdirən mürəkkəb video çarx birləşdirilir. Bəzi rəmzi şose görüntüləri gözə görünən üfüq xətti istiqamətində irəliləyən avtomobili və ya məşhur, nağıllardan tanınan Qızıl Balıq personajına öz arzularını səsləndirilən müxtəlif dodaqları əks etdirməklə həddən ziyadə təsiredici rol oynayır.
Sabina Şixlinskaya heç bir əxlaqi-nəsihətin və ya kənardan aldadıcılığı, cəfəngiyatı, məftunluğu və s. nümayiş etdirən qondarma ibrətamiz davranışın olmadığı, fani dəyərlərin xəyali dünyasına səyahəti təklif edir.
Sərginin sonunda bəstəkar və publisist Elmir Mirzoyev tərəfindən açıqlanan Maleviçin məşhur “Qara kvadrat” əsərini xatırladan və Kəbənin mücəssəməsinə eyham vuran, fəzaya qərq edilmiş, ikimənalı qara kvadrat formasında olan bir əsər nümayiş olunur. Çarlz Ayvzın “Cavabsız qalmış sual” əsəri yuxarıda qeyd olunan işin qeyri-müəyyən mənasına aydınlıq gətirir, fəqət “İLLÜZİYALAR” layihəsi özündə qəti cavab ehtiva etmir. Sabinə Şixlinskayanın söylədiyinə görə: “Məsələnin dərkedilməzliyi sərgi başlığının məğzində – “İLLÜZİYALAR” sözündə açıqlanır”.
“İLLÜZİYALAR” layihəsi təsiredici, vizual tarixçə vasitəsilə nəql olunmuş, fəlsəfi elmi-bəyan üzərində cəmləşən incəsənət enerjisi, bacarıqları və ilhamı nəticəsində reallaşdırılan həlledici sınaq rolunu oynayır.