VIENNA TALKS

05 Okt 14

Bazar günü, 5 oktyabr 2014

3:30 – 5:00 pm

Sədr:

Suad Qarayeva, Sərgilər və Daimi Saxlanılan Kolleksiyaların Direktoru və Kuratoru, “YARAT” Müasir İncəsənət Təşkilatı 

Məruzəçilər

Aida Mahmudova, YARAT Müasir İncəsənət Təşkilatının Təsisçisi və Direktoru
Orxan Hüseynov, Rəssam
Sandra Nedvetskaya, COSMOSCOW İncəsənət Yarmarkasının Direktoru, Moskva
Sara Rəza, Müstəqil Kurator

Bakı qədim tarixə malik olan və sürətlə dəyişən şəhərdir, həmçinin, o,getdikcə beynəlxalq səviyyəyə çıxan və inkişaf edən müasir incəsənət məkanıdır. Bu iclasda özünəməxsus tarix və bu tarixə əsaslanan dinamik gələcəylə bağlı baxışlar nəzərdən keçiriləcək və Bakının yeni formalaşan mədəniyyət mərkəzinə çevrilməsi haqqında müzakirələr aparılacaq. Tarixi nöqteyi-nəzərindən çoxşahəli şəhər sayılan Bakı Avropa və Asiya arasında yerləşir və ibtidaidən dini, etnik və mədəniyyət müxtəlifliyinin məkanı rolunu oynayıb. Bu gün bu şəhər Zaha Hədidin ecazkar memarlıq nümunələri, UNESCO-nun Mədəni İrs Siyahısına salınan məkanları, habelə iclasda iştirak edənlərin müzakirə edəcəyi   sürətlə inkişaf edən müasir incəsənət cəmiyyəti ilə fəxr edir.


VIENNA Talks barədə daha ətraflı VIENNAFAIRBLOG


VIENNAFAIR
Messe Wien, Austria, Hall A
A-1020

Sərbəst giriş 

Yüklənir