12 Avq - 16 Avq 19
YARAT Müasir İncəsənət Məkanı gələcəyin uğurlu modelyerlərini rusiya-dağıstanlı rəssam Taus Maxaçevanın “Şarivari” və koreya-kanadalı sənətçi Zadi Ça-nın "Maqohalminin uşağı və yaradılış sədası" adlı fərdi sərgilərinin geyim kolleksiyaları və onların yaradıcıllıq tarixini araşdırmaq və öz modalarını kəşf etmək üçün 8-12 yaşlı yaradıcı uşaqları yay düşərgəsinə dəvət edir. Düşərgə azərbaycanca keçiriləcəkdir.
Balaca iştirakçılarımız bir həftə ərzində iki böyük-miqyaslı sərgi ilə tanış olma, moda incəsənətinin tarixi, sketch çəkmə qabiliyyəti və podiumda yürümə hərəkətlərini öyrənmək şansı əldə edəcəklər.
Düşərgənin müəllimləri:
ArtımLab iştirakçısı və modelyer – Əhməd Nəbiyev
Miss Azerbaijan 2019 ikinci yerin qalibi – Luiza Matkazina
Mister Azerbaijan 2019 qalibi – Nicat Ələkbərli
Düşəngənin sonunda iştirakçılar hazırladıqları geyimləri moda gecəsində podiumda nümayiş etdirəcəklər.
Qeydiyyat üçün: 050 246 92 92
Tələblər:
Yaş həddi: 8-12
Tarix: 12-16 avqust
Saat: 16:00 – 18:00
Məkan: YARAT Mərkəzi