Bioqrafiya
Alina Orlova performans, video və heykəltəraşlıq üzrə ixtisaslaşmış peşəkar rəssamdır. Alina 1990-cı ildə Moskvada anadan olub və hal-hazırda, Tel-Əvivdə (İsrail) yaşayır və fəaliyyət göstərir. O, 2015-ci ildə Yerusəlimdə (İsrail) yerləşən Betsalel İncəsənət və Dizayn Akademiyasında təsviri incəsənət üzrə bakalavr dərəcəsini (BFA) fərqlənmə ilə bitirib. 2014-cü ildə, London Slade Təsviri İncəsənət Məktəbində (Birləşmiş Krallıq) tələbə mübadiləsi proqramı çərçivəsində Qari Stivens tərəfindən keçirilən ustad-siniflərdə iştirak edib. Alina həm İsraildə, həm də digər ölkələrdə bir sıra fərdi sərgilər keçirməklə yanaşı, qrup sərgilərdə də iştirak edib: “Not working” (“İşləmir”) adlı fərdi sərgi, Mazeh 9 qalereyası, Tel-Əviv, İsrail (2017); “Yahel”, fərdi sərgi, Tel-Əviv, İsrail (2016); Betsalel İncəsənət və Dizayn Akademiyasında təsviri incəsənət üzrə bakalavr (BFA) baxış imtahanı (İsrail, Tel-Əviv) (2015); qrup sərgisi, Krakov Təsviri İncəsənət Akademiyası, Krakov, Polşa (2015); “Bread və Roses” (“Çörək və qızılgüllər”) adlı qrup sərgisi, Tel-Əviv, İsrail (2015) və London Slade Təsviri İncəsənət Məktəbində qrup sərgisi (2014).

Yüklənir