Lük Börton 1983-cü ildə anadan olub, hazırda Londonda yaşayıb çalışır. Londonda Kral İncəsənət Kollecində təhsil alıb (2011-2013) incəsənət üzrə magistr dərəcəsini qazanmışdır, Çelsi İncəsənət və Dizayn Kollecində isə (2002-2005) rəngkarlıq üzrə bakalavr dərəcəsini qazanmışdır. Bu yaxınlarda Lük Börton öz əsərlərini aşağıdakı incəsənət ocaqlarında nümayiş etdirib: Bosse & Baum, London; Milli Müasir İncəsənət Qalereyası, Edinburq; “3 137” Qalereyası, Afina; Tritongaten 5, Gotenburq (hamısı 2015-ci ildə); Müasir İncəsənət İnstitutu, London; Technopolis Muzeyi, Afina; Chisenhale Art Place, London (hamısı 2014-cü ildə); Carroll/Fletcher Qalereyası, London; Turner Contemporary, Margit; MK Qalereyası, Milton-Kins; Vitrine Qalereyası, London (hamısı 2013-cü ildə). Gələcək layihələrindən 2016-cı il üçün nəzərdə tutulmuş Turf Projects (London) və Manoir di Martigny (Lozanna) qrup sərgilərini, bir də Valentin Espace d’Arts (Lozanna) fərdi sərgisini qeyd etmək lazımdır. “E.R.O.S. Press” nəşriyyatında hazırlanan “Lisistrata” adlı Qədim Yunan pyesinin yeni buraxılışı üçün rəsmlər silsiləsi üzərində işləyir. Lewisham Arthouse Graduate Studio Award mükafatı ilə (2014-2015) və “Açıq Səma Altında Heykəl” mükafatı ilə (2012) təltif olunub. Tenderpixel tərəfindən təsis edilmiş Tenderflix mükafatına (2014) və MK Qalereyası tərəfindən təsis edilmiş Artist Moving Image mükafatına (2013) namizədlərin yekun siyahısına daxil edilmişdir. 
Yüklənir