Rəssam haqqında 

Mohamad Haryo Hutomo İndoneziyanın Cakartada şəhərində 1990-ci ildə anadan olub. O, Cakarta Dövlət Vizual sənət təhsili Universitetini bitirib. Cakarta və Yogiakarta şəhərlərində yaşayıb-yaradır. Haryo multifunksional rəssamdır. Performans, instalyasiya, video, foto və rəngkarlıq vasitəsilə öz ideyalarını çatdırır. Onun əsərləri Avstraliya, Çin, Dominikan Respublikası, İngiltərə, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Malayziya və Tailandda nümayiş etdirilib. O, PADJAK (Cakarta) və PerformanceKlub (Yogiakarta) performans kollektivləri ilə tədqiqatçı qismində əməkdaşlıq etmişdir.

Yüklənir