Qvantsa Cişkariani (d. 1991) Gürcüstanın paytaxtı Tbilisidə yaşayır. Tbilisidəki Dövlət İncəsənət Akademiyasının memarlıq ixtisası üzrə bakalavr dərəcəsini bitirdikdən aldıqdan, Tbilisi Müasir İncəsənət Mərkəzində inklüziv mediasiya üzrə qeyri-formal magistr dərəcəsini qazanmışdır. 2014-cü ildə on nəfər başqa qadın-sənətkar ilə birlikdə “Yeni kollektiv” adlı art-qrup təsis edib. 
Qvantsa Cişkariani ən çox instalyasiya və video formatında fəaliyyət göstərən sənətkardır. Onun yaradıcılığı, ilk növbədə, doğru ilə yanlış, Şərq ilə Qərb, köhnə ilə yeni, incəsənət ilə dizayn kimi məfhumlar üçün konkret anlayışların axtarışı zamanı ortaya çıxan paradoksların müvəqqəti təbiətinə müraciət edir. Öz instalyasiyaları, video və heykəltəraşlıq əsərləri vasitəsilə o, mədəni mənsubiyyət, qədim mülahizələr, paradoksal etiqad və xurafatlar haqqında ənənəvi anlayışları götürüb istehza ilə tərs üzünə çevirir.
Yüklənir