Timo Herbst Bremen İncəsənət Universitetini,  2013-cü ildə isə Leypsiq Vizual İncəsənət Akademiyasını (Almaniya) bitirib. Rəssam tədqiqatlar aparmaq üçün Bremen Beynəlxalq Muzeyi, Leypsiq Təbiətşünaslıq Muzeyi və Leypsiqdə Corc Steyndorfun Misir Kolleksiyası ilə sıx əməkdaşlıq edib. Əsərlərini Almaniyada və digər ölkələrdə bir sıra muzey və qalereyalarda sərgiləyib. Buna misal olaraq, "Kunsthalle am Hamburger Platz" (Berlin), Leypsiq Vizual İncəsənət Muzeyi, "Kunstmuseum" (Volfsburq), "Haus der Kunst" (Münhen) və "Centre d`Art Passerelle Brest" (Fransa) və s. göstərmək olar. O, "Artist Quarter Budapest" (Macarıstan) və "Goethe Institut Villa Kamogawa" (Kioto, Yaponiya) təşkilatların elmi işçisi olub. Hal-hazırda isə FU Berlin və HBK Braunşveyk ilə bağlı "Volkswagen" Fondunun “Arts and Science in Motion” fənlərarası layihə və elmi-tədqiqat qrupunun səlahiyyətli əməkdaşıdır.
Yüklənir