Gökçen Dilek Acay (d.1983, İstanbul) 2009-cu ildə İstanbulda Yıldız Texniki Universitetinin “Violonçel” fakültəsini, daha sonra, 2012-ci ildə Almaniyanın Bauhaus Universitetində (Veymar) təsviri incəsənət üzrə magistratura proqramını bitirib. O, rəqqaslar, musiqiçilər, təsviri incəsənət xadimləri ilə sıx əməkdaşlıq edib və bir sıra qrup sərgilərində iştirak edib. Bundan əlavə, onun Türkiyə, Avropa, Asiya və ABŞ-da fərdi və qrup sərgiləri olub. Gökçen Dilek, 2013-cü ildə Robert Uilson tərəfindən kurasiya edilən "Watermill Center Benefit"də  aparıcı rəssam və ifaçı, 2015-ci ildə İstanbul Mədəniyyət və İncəsənət Fondunun dəstəyi ilə Parisdə "Cite International des Arts" tədbirində dəvət olunmuş qonaq kimi çıxış edib. Rəssam "Türkiyədə yeni nəsil gənc müasir rəssamlar" müsabiqəsinin 3-cü Fəxri Mükafatına layiq görülüb. 2015-ci ildə, o, Milanda keçirilən Avropa və Aralıq dənizi ölkələrindən gənc rəssamların 17-ci Beynəlxalq Biennalesində Türkiyəni təmsil edən seçilmiş rəssam olub. Dilek Acay "Brüssel İncəsənət Yarmarkası" və İstanbulda yerləşən NEV Gallery tərəfindən "Müasir İstanbul" kimi tədbirlərdə təmsil edilib. Gökçen Dilek "AIR Programs" vasitəsilə müxtəlif ölkələrdə müstəqil rəssam kimi çalışır. 

www.dilekacay.com


Yüklənir