RƏSSAM HAQQINDA

Vizual rəssam Rona Ştern Tel-Əviv şəhərində (İsrail) yaşayıb-yaradadır. O, 2011-ci ildə Hamidraşa İncəsənət Kollecini təsviri sənət üzrə bakalavr dərəcəsi ilə bitirib. 2016-cı ildə isə Leypsiqdə yerləşən Hochschule für Grafik und Buchkunst Kollecində professor Alba D’Urbanonun rəhbərliyi altında intermedial incəsənət üzrə 1 semestr təhsil almışdır.  Rəssamın son fərdi sərgiləri: Klubovna Gallery (Brno, 2017), Büro für kulturelle Übersetzungen Gallery (Leypsiq, 2016), Hezi Cohen Gallery (Tel-Əviv, 2015), Sapir Academic Gallery, (Sderot, 2011).  Rəssam İsraildə və digər ölkələrdə nümayiş olunan bir çox qrup sərgilərin iştirakçısı olub, o cümlədən:  MeetFactory Gallery, (Praqa, 2016) Petah-Tikva İncəsənət Muzeyi (2014), Sokol Gallery (Novı-Sonç, 2012).

Yüklənir