ÜMUMİ

Çinarə Məcidova (d.1989, Azərbaycan) 2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.  Çinarə özünü yazıçı, rəssam və videorəssam kimi də sınayıb və 2013-cü ilin sentyabrında Quram Tsibaxaşvilinin keçirdiyi YARAT foto ustad-dərsləri, 2013-cü ilin oktyabrında Oksana Yuşko və Artur Bondarın keçirdiyi YARAT sənədli foto ustad-dərsi, 2014-cü ilin aprel-may aylarında Salam Yoursinin keçirdiyi YARAT teatr seminarı, 2014-cü ilin iyununda Sabina Şıxlinskayanın keçirdiyi YARAT ARTIM layihəsi, 2014-cü ilin noyabrında fransız rejissoru Robert Kohenin keçirdiyi YARAT videorəssamlıq üzrə ustad-dərsləri və 2016-cı il 22-29 fevral tarixlərində Vyanada keçirilmiş “Bed sitter” İncəsənət Festivalının iştirakçısı olub. ARTIM Layihə Məkanında keçirilən “Kişilər ağlamaz” adlı sərgi çərçivəsində, o, azərbaycanlı şair Leyli Salayeva ilə birlikdə qadınların küçələrdə verbal zorakılıq ilə qarşılaşması haqqında video layihə təqdim etmişdir.

2017-ci ildə, Yust adasında Cənubi Qafqazdan olan rəssamlarla birgə əməkdaşlığın nəticəsi olaraq onun “Mən realam” əsəri “Take me somewhere nice” səyyar sərgisi çərçivəsində iştirakçı olmuş müxtəlif ölkələrdə nümayiş olunmuşdur. 2018-ci ilin martında onun foto və video əsərləri “Üfün, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada...”  sərgisi çərçivəsində qrup sərgisi olaraq YAY qalereyasında nümayiş olunmuşdu.

2016-cı ildən, “Ajam” media kollektivi ilə əməkdaşlığa başlayaraq orada fotojurnalist və yazıçı kimi fəaliyyət göstərib. Bu əməkdaşlıq Bakının tarixi məhəlləsi “Sovetski” haqqında olan “Məhəllə” layihəsi ilə davam etdi. Eyni zamanda, 2017-ci ildən, o Cənubi Qafqazın multimedialı platforması Chai-Khana üçün frilans fotoqraf və jurnalist kimi çalışır.

Yüklənir