ÜMUMİ

Ela Ştefanats (d.1993, Xorvatiya) heykəltəraşlıq, əşyalar, ambiyent və performans sahələrində fəaliyyət göstərən rəssamdır. Onun əsərləri müəyyən janr vasitələri ilə məhdudlaşmır, lakin o, adətən fotoplyonka, tapılan və gündəlik əşyalarla, təbiət elementləri, video və səs ilə işləyir. Bununla yanaşı özünü də əsərlərinin obyekti kimi istifadə edir. Öz əsərlərində o, vizual poeziyanı müasir incəsənət vasitəsi ilə nümayiş eləməyə çalışır. 2018-ci ildə Xorvatiyanın Riyeka şəhərində Tətbiqi İncəsənət Akademiyasının heykəltəraşlıq bitirib. O, 2015-ci ildə Avstriyanın Red Carpet Art mükafatının qalibi olaraq, növbəti illərdə münsiflər heyətinin üzvü olmaq şərəfinə layiq görülüb. Onun əsərləri Xorvatiyada və xarici ölkələrdə sərgilənir.

Yüklənir