ÜMUMİ

Katya Verheul (d. 1988, Niderland) Amsterdamda yaşayan kinorejissor və tədqiqatçıdır. O, 2012-ci ildə Gerrit Rietveld Akademiyasının audio-vizual sənət üzrə bakalavr dərəcəsi ilə və 2016-cı ildə isə London Goldsmith Universitetinin magistr dərəcəsi ilə bitirib. Onun tədqiqatları performativ gerçəklik, keçmişin qalıqları və hakimiyyət strukturlarına əsaslanır. Onun əsərləri bir sıra beynəlxalq tədbirlərdə nümayiş olunub, o cümlədən: Visions du Réel Sənədli Film Festivalı, Hamburq Beynəlxalq Film Festivalı, Arebyte London Qalereyası, New Wight Biennalesi, 11-ci Lo Schermo Dell’arte Film Festivalı.    


Rəssamın sözü:

Öz film və video layihələrimdə, mən yaxın keçmişin unudulmuş anlarını və ehtimal olan gələcək hadisələri sual altına qoyuram. Mütəmadi olaraq perfomerlər, rəqqaslar və aktyorlara işləyirəm. Xəyallara qərq olmaq, reallığı və gizlin xülyaları aşkar etmək və şübhə altına almaq üçün performansı bir alət kimi istifadə edirəm. Bunlarla yanaşı yaradıcılığımda fərdi və kollektiv yaddaşdan istifadə edirəm. Reallıq və saxtalıq arasında olan incə sədd maraq dairəmdir. Biz, həyata davam etmək və hər gün təkrarlanan adi gündəlik “bataqlığından” çıxmaq üçün özümüzə hansı hekayələri danışırıq? Hansı reallığı tanıyırıq və hansından üz çeviririk?

Yüklənir