ÜMUMİ

Aqil Abdullayev (d.  1992, Azərbaycan) əsasən hərəkətli təsvir, performans və fotoşəkil kimi medialarda çalışır. Onun təcrübəsi, sosial və şəxsi həyat, gender, sosial media mədəniyyəti, utopiya və futurizm kimi mövzular ilə əlaqəli olmaqla, Qərb və Şərq arasındakı təzadları araşdırır və bu mövzular arasında məkanları birləşdirir. Abdullayev Nottingem Trent Universitetinin təsviri incəsənət fakültəsini birinci dərəcəli fəxri fərman və bakalavr dərəcəsi ilə bitirib və 2018-ci il Bloomberg New Contemporaries mükafatına və Birləşmiş Krallıq, Nottingemdə One Throsby Street qalereyasının “Attic Residency” proqramının iştirakçısı adına layiq görülüb. Rəssamın əsərləri Liverpul Biennalesi (2018), Primary Müasir İncəsənət Məkanı (2017), “The Wrong” – Yeni Rəqəmsal Art Biennalesi (2017), Tate Modern (2016), Gənc Rəssamların 4-cü Moskva Beynəlxalq Biennalesindəki YARAT Pavilyonunda (2012) nümayiş etdirilib. Hal-hazırda Aqil Bakıda yaşayır və fəaliyyət göstərir.
 

Yüklənir