ÜMUMİ

Emil Məcnun (Moosem13) (d. 1995, Azərbaycan) bir neçə il müxtəlif medialar ilə eksperimentlər aparandan sonra “qrafiti dünyasını” aşkar edib və bu sahə, onun üçün yeni yollar və imkanlar açıb. Orta məktəbi bitirəndən sonra, öz qrafik üslubuna böyük təsir göstərən qrafik dizayn və vizual kommunikasiyanı öyrənmək məqsədilə, üç il Florensiyada (İtaliya) yaşayıb. Son illər ərzində Emil bir sıra ölkələrə səfərlər edərək müxtəlif ölçülərdə və səthlərdə əsərlər yaradıb.  Hal-hazırda, rəssam Bakıda fəaliyyət göstərir və diqqətini daha çox emalatxana əsərlərinin yaradılmasına yönəltməklə yanaşı, sosial layihələrlə də məşğul olur. O, “Mədəni Niyyət” tərəfindən təşkil olunan ustad dərslərində (Bakı, 2017), “Dünya sənin, dünya mənim” (Kiçik Qala qalereyası, Bakı, 2013) sərgisində, “Meeting of Styles” (Milan, 2015, 2016) sərgisində , “Tattoo Convention Florence” (Fabrikatti, Tbilisi, 2016) sərgisində və incəsənət festivallarında və başqa tədbirlərin iştirakçısıdır.

Yüklənir