ÜMUMİ

Ehtiram Jabi (d. 1996, Bakı) fotojurnalistika sahəsinə olan böyük marağı Reuters, ANN, RFE/RL kimi xəbər agentliklərinin Azərbaycan fəaliyyətləri ilə əməkdaşlıqla nəticələndi. Onun bir sıra fotoları sözügedən agentləri tərəfindən dərc olunub. Bundan əlavə, Ehtiramın “Zirvədə”, “Ağ qu quşu”, “Veteranlar” kimi silsilə fotoları yerli aparıcı portallarda da əks olunub. 2014-cü “Magnum Photography” (Tomaz Dvorjak, Çien-Çi Çanq) və fotoqraf Devid Montqomeri ilə YARAT Yay Məktəbində iştirak, onun fəaliyyətində mühüm rol oynadı. 2015-ci ildə, Moskvada keçirilmiş “Xalqlar dostluğu” adlı sərgi çərçivəsində keçirilmiş yaradıcı görüşdə mühazirəçi qismində çıxış edib. Həmin il, Azərbaycan Fotoqraflar İttifaqının “Ümid” mükafatına layiq görülüb. 2017-ci ildə, “Polio” adlı ilk geniş miqyaslı layihəsini tamamlayıb. Onun əsərləri Rusiya və Gürcüstanda keçirilmiş qrup sərgilərində nümayiş etdirilib. Hal-hazırda, Bakıda yaşayır və müxtəlif fərdi foto layihələr üzərində çalışır. 
 

Yüklənir