ÜMUMİ

Ozan Atalan (d. 1985, Gelibolu, Türkiyə) 2003-2007-ci illərdə Anadolu Universitetinin hüquq fakültəsində təhsil alıb. 2008-ci ildə, Dokuz Eylül Təsviri İncəsənət Məktəbində fərdi rəssamlıq təcrübəsinə başlayıb. 2013-cü ildə incəsənət bakalavrı dərəcəsini alıb və daha sonra, Sirakuza Universitetində MFA proqramı üzrə Fulbrayt Təqaüdünə layiq görülüb.

Bundan sonra, Sirakuza Universitetinin vizual və tətbiqi sənət üzrə incəsənət magistr adını qazanıb. Ozanın əsərləri həm yerli, həm də beynəlxalq səviyyədə sayılıb-seçilən məkanlarda sərgilənib, o cümlədən: “Trekhqornaya Manufaktura” (Moskva), Siemence Art Gallery, Kedi Culture and Art Gallery, Cetin Emec Art Gallery, Spark Contemporary Art Space, K2 Contemporary Art Center, Goethe Institute, Pera Museum (İstanbul, Türkiyə).

Yüklənir