ÜMUMİ

Rəssamın Sözü
Mən performans, video və instalyasiyalar vasitəsilə mən gender, performativlik və “steril seksuallıq” kimi mövzularla işləyirəm. Adətən, mən öz mövzum üçün bədənimdən istifadə edirəm və eyni zamanda ehtiras oyadan, solğun və çılpaq alter-eqomu (ikinci məni) üzərimə götürürəm. Sovet Rusiyasından anadan olan və çox gənc yaşında İsrailə köçən emiqrant kimi, mən dislokasiya, milli və ya dini identiklik və ailədən kənardan yaşayış problemləri ilə də maraqlanıram. Bütün bunlar zəif, son dərəcə (hiper) intim nöqteyi-nəzərdən təqdim edilir. Mənim təcrübəm kənardan bodi-art, feminist-art və identiklik siyasətləri ilə əlaqəli görünsə də, öz avtobioqrafik üslubu və hardasa komik və absurdist səslənməsi ilə fərqlənir. Mən öz əsərlərimə tez-tez rus xarakteri və ya rus dilinin artefaktlarını cəlb etməklə yanaşı, öz mədəni və geosiyasi mənşəyim, eləcə də öz identikliyimin cari durumu və İsraildə geniş miqyasda stereotipə çevrilmiş, qapalı statusu ilə yaxından məşğul oluram.

Yüklənir