ÜMUMİ

YARAT Rəssam Emalatxanalarında 3-aylıq yaradıcılıq art-rezident ezamiyyəti.


RƏSSAMIN SÖZÜ:

Mənim əsərlərim haradasa kənar aləmlə insanın hissiyyatı arasında təsir göstərərək, incə olan və maraq oyadan vizual poeziya vasitəsilə bizim Conditio humana halımızın qaranlıq aspektlərini üzə çıxarırlar. Mənim bir çox heykəllərim performans və transformasiya hərəkətlərinə çox vaxt əsaslanaraq, minimalizm üslubuna meyl edir, ancaq, eyni zamanda, onlar söz və məna ilə doludurlar. Heykəl və instalyasiyalarım vasitəsilə mən tənhalıq, zorakılıq, xof kimi müəyyən psixoloji hallara səslənirəm və onları dini, siyasi, ədəbi və poetik mövzulara qatıb bir-birinə hörməyə çalışıram. Yaradıcılığımın təkrarlanan mövzularını bunlardır: münaqişə, mədəniyyətlə təbiət arasında əlaqə, bir də kənar reallıq ilə fərdin daxili həyatı arasında titrəyişli təmas.

Yüklənir