ÜMUMİ

YARAT Rəssam Emalatxanalarında 3-aylıq yaradıcılıq art-rezident ezamiyyəti.


RƏSSAMIN SÖZÜ:

Mənim yaradıcılığım məntiqsiz inanclardan ilhamlanır, serendiplik (instiktiv və ya intuitiv fərasət) adlanan duyma qabiliyyətindən və “kitç” deyilən kütləvi mədəniyyət nümunələrindən qaynaqlanır. 
Mən hər bir əsərimi onun kompozisiya və ideyası barədə müəyyən təsəvvürlə yaratmağa başlayıram, amma əksər hallarda heç bir eskiz çəkmədən işləyirəm. Əsas etibarilə intuisiyamın dalınca düşürəmsə də, yenə də konkret parametrlərin çərçivəsindən çıxmıram. İnstalyasiya, video və rəngkarlıq əsərlərimdə mən formaları, rəngləri, naxışları dönə-dönə yığıb-sökürəm – onlar üçün yeni gerçəklik yaratmağa çalışıram. 
Mən sosial medianın, müasir xurafatların və zibil kimi ətrafı basmış şəkillərin gündəlik həyatımıza necə təsir göstərdiyi ilə maraqlanıram; obyektə müəyyən emosiyaların, xatirə və mülahizələrin, fərdilik və sentimental təsir gücünün necə verilməsi məni düşündürür.

Yüklənir