ÜMUMİ

YARAT Emalatxanalarında 3 aylıq rezidensiya


RƏSSAMIN SÖZÜ

Mənim sənət təcrübəm transformasiya prosesləri, reallıqların inversiyası, tarixlər, ölüm və yuxuların araşdırılması ətrafında cəmlənib. Əsərlərimi yaradarkən, mən enerjinin mürəkkəbliyini anlamaq və kənardan təbii kimi görünən, amma faktiki olaraq hər hansı konstruksiyadan ibarət olan əşyaları şübhə altına qoymaq üçün yollar axtarıram.
Mən, bəşər tarixini dağıntılar və bərpa işlərinin sonsuz çevrəsinin xəritəsi kimi görürəm. Gec ya tez şəhərlər və binalar, göydələnlər və zavodlar yerlə yeksan olacaq. Digər zaman və məkana məxsus ölü və gərəksiz əşyalar və alətlər qalır. Adətən, faciəvi və ya lazımsız ideologiyanın izlərini silməyə cəhd göstərəndə, dramatik hadisələrin baş verdiyi yerlər büsbütün yenidən modelləşdirilir. Niyə biz müəyyən əşyaları görünən, digərlərini isə görünməyən kimi təqdim edilməsini seçirik? Heç nə, heç vaxt ölmür: sadəcə, daim dəyişən tarixi kontekstlər və zaman-məkan kontiniumlarına görə, daimi transformasiyalara məruz qalır. Öz əsrimdə mən "səsin qüvvəsi" ilə çox işləmişəm. Bağırmaq, mahnı oxumaq, danışmaq və pıçıldamaq... Səs – bizi oyada, dayandığımız konstruksiyaların dirəklərini dərhal "silkələməyi" bacarır. Kəskinləşir və nəticədə ola bilsin ki, istər-istəməz yeni məkan açır.

Yüklənir