ÜMUMİ

RƏSSAMIN SÖZÜ

Mən gündəlik həyatda gördüklərimi  öz əsərlərimdə əks etdirirəm. Əşya bazarlarında satılan dekorativ əşyalardan tutmuş maraqlı reklam şitlərinə qədər hər şey yaradıcılığımın ilham mənbəyidir. Mən bu təsvirlərin sadə formalarından və bizə qədimdən tanış olan obrazlardan ilhamlanaraq yaradıram. Marketinq və kommersiya üsullarından istifadə edərək onları yenidən tərtib edirəm. Mən bu kombinasiyaları real həyatda qavradığım kimi -ictimaiyyətdə mövcud olan maskalanmış maraqlar kimi təqdim edirəm. Mən ekzotik arzuların  yaranmasını, necə qəbul və təmsil olunduğunu tapmağa çalışıram. Bizə tanış gələn təsvirlər (obrazlar) və formalar mədəni göstəricilər və ideologiyanın daşıyıcıları olduqları üçün, onların tarixçəsini izləmək və açıqlamaq istəyirəm.

Yüklənir