Azərbaycanda doğulmuş və 2008-ci ildən Fransada yaşayan Babi Bədəlovun yaradıcılığı dilin mürəkkəbliyi və məhdudiyyətlərini, xüsusi olaraq, qloballaşan dünyanın sosioloji və geosiyasi problemlərini araşdırır. YARAT Mərkəzində rəssam özünün büsbütün mövcud olan və məhz bu sərgi üçün yenicə yaratmış parça əsərlərindən ibarət möhtəşəm instalyasiyasını təqdim edir. Ekspozisiya Azərbaycanın mədəni irsin inkişaf edən kapitalizm quruluşunun müasir ab-havası arasında ziddiyyətlərinə dair baxışları təklif edir.
Ömrünün uzun hissəsini müxtəlif ölkələr və mədəniyyətlərdə keçirən Babi Bədəlovun yaradıcılığı mədəni identifikasiya ambivalentliyi, ziddiyyətlər və çoxsaylı perspektivlərin birgə mövcudluğunu özündə cəmləşdirən kompleks strategiyadan, sürdüyü köçəri həyat tərzində yaşadığı şəxsi təcrübələrdən qaynaqlanır.
Avtomatik yazı üsuluna yaxın prosesdən istifadə etməklə, sənətkar mətn üzərində qurulan əhəmiyyətli və orqanik vəhdət yaradan əsərlərində, onların fərqli vizual poeziyasını qurmaq, müdrik detallarla zəngin şüarlar və sosial-siyasi mənalarla yüklənmiş söz oyunlarını formalaşdırmaq məqsədilə, çoxsaylı dillərdən istifadə edir. Sərginin adı, “ZARA Tustra”, özlüyündə, müasir sürətli modanın sinonimi sayılan, dünya səviyyəli məşhur ticarət nişanı “ZARA”, habelə müasir Azərbaycanın tarixinə və mədəniyyətinə hələ də əhəmiyyətli dərəcədə təsir göstərən, zərdüştlük dininin banisi, qədim İran peyğəmbəri Zərdüştün (həmçinin “Zaratuştra” kimi də istinad edilir) adı ilə oxşarlıq təşkil edən söz düzəltməsidir. Beləliklə, əsərin həm adı, həm də özü müasir və ənənəvi strukturlar arasında “oynayır”, dil və digər məsələləri araşdırır.
Rəssam tez-tez öz yaradıcılığında media qismində parçalardan istifadə edir və YARAT Mərkəzində quraşdırılmış instalyasiya, qalereyanın tavanından cərgələrlə asılmış, təxminən 250 ədəd parçadan ibarətdir. İnstalyasiyada köhnə mələfələr, pərdə hissələri və ordan-burdan tapılmış materiallardan istifadə edilib və hər bir parçada, sənətkarın poetik yazıları əks olunub. Sənaye zavodunun istehsal xəttində iş prosesini xatırladan bu immersiv instalyasiya, tamaşaçının diqqətini sürətli modanın və kütləvi istehsalın müasir mənzərəsinə yönəldir və eyni zamanda, bizim nisbətən daha ənənəvi və tarixi kökləri olan obrazları ilə əlaqəli məsələləri ön plana çəkir.
Sərgi və əsərlər ilə tanışlıq, kapitalizm və neoliberal sistemini müzakirə edən, daha sonra isə diqqəti qaçqın böhranı və geosiyasi mövzulara yönəldən parça əsərlərdən başlayır. Mərkəzi sərgi zalında sənətkar öz ziyarətçisini Şərq yönümlü motivlər ilə baş-başa qoyur, üçüncü hissə isə büsbütün dini mövzuda yazılmış sözlərin dekonstruksiyasından ibarət əsərlərə həsr edilib və böyük ehtimalla, xaosda səliqə-sahman yaratmaq və ondan qurtulmaq təklif edir. Ekspozisiya boyunca parça əsərlər arasında gəzinti təkrarən sənətkarın eksperimental divarüstü yazı komponentlərin üzərinə gətirib çıxarır. Bu əsərdə, rəssam Azərbaycan dili ilə eksperimentlər aparmaqla, aşkar şəkildə yerli problemləri vurğulayır. Sərgi, Şərq/Qərb, maddi/mənəvi, keçmiş/müasir zaman kimi sözlərdən, dil vasitəsindən istifadə etməklə, dünyanı strukturlara ayırmaq və kateqoriyalara bölmək cəhdini təqlid edir. Belə ki, sonda, onun ifadələri təsnifatdan və təyinatından qaçır, reallığın mürəkkəbliyi, habelə linqvistik qavrayışın qeyri-mümkünlüyü və faydasızlığı üçün metaforaya çevrilir.