May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT AKADEMİYASI 2018: QOŞULUN, İŞTİRAK EDİN!

01 Okt - 03 Dek 18

YARAT AKADEMİYASI 2018 

(Oktyabr – Dekabr)

YARAT Müasir İncəsənət Məkanı sizi növbəti YARAT Akademiyasının 5-ci hissəsinə dəvət edir.


Təsvir

YARATAkademiyası incəsənəthaqqındacəmiyyətimaarifləndirməyə qarşısınaməqsədqoyaraq, geniş resursvə imkanlaramalikdir. 

Payızsessiyası buil"Konseptualincəsənətvə onunformaları" mövzusunahəsrolunacaq. Beynəlxalq və yerli ekspertlərin mühazirə və ustad dərslərində iştirakınızla yanaşı, siz eyni zamanda bir sıra tamaşaları izləmək imkanı əldə edəcəksiniz.


Ekspertlər:

1 oktyabr, 19:00

Rəssam ilə görüş

Karolina Folkholt – tam fərqli istiqamətlərdə çalışan rəssam. Əsərlərin mövzuları əsasən ziddiyyətli anlayışlara həsr olunur.


8 oktyabr, 19:00

Mövzu: "Sənin üçün rəqs edirəm, mənim şah əsərim”

Yevi Joxova – YARAT Müasir İncəsənət Məkanının fransalı resident rəssamı.


17 oktyabr, 19:00

19 oktyabr, 19:00

22 oktyabr, 19:00

Mövzu: "Münasibət: xoreoqrafiya və gündəlik həyat tərzi"

Aurelien Lepetit – YARAT Müasir İncəsənət Məkanının fransalı resident rəssamı.


24 oktyabr, 19:00

Mövzu: "Azərbaycan konseptual incəsənəti" (90-cı illərdən başlayaraq)

Fərəh Ələkbərli – YARAT Müasir İncəsənət Məkanının kuratoru.


26 oktyabr, 19:00

Mövzu: "Video-art"

Olqa Şişko – sənətşünas, kurator, müəllim. Müasir innovativ mədəniyyətin qarışıqlı əlaqələrinin və yeni texnologiyaların problemlərinə həsr olunmuş bir sıra beynəlxalq tədbirlərin, festivalların və sərgilərin təşkilatçısıdır.


2 noyabr 19:00

Mövzu: "Obyektivlik və heykəltəraşlıq"

Pedro Qomes-Eqanya – rəssam, hal-hazırda Norveçin Bergen Universitetinin incəsənət fakültəsində professor və elmi-işçi kimi fəaliyyət göstərir.


9 noyabr 19:00

Mövzu: "Sərhədsiz teatr"

Bartoş Jurovski – teatr rejissoru və dramaturqdur, Avropa Ali Məktəbinin doktorantıdır (fəlsəfə, incəsənət və tənqidi təfəkkür bölməsi üzrə), müstəsna nailiyyətlər əldə etmiş sənətkarlar üçün "Gənc Polşa" təqaüdünü qazanmışdır.


12 noyabr 19:00

14 noyabr 19:00

Mövzu: "Performans sənəti gənc incəsənət platformasını necə formalaşdırır?"

Aqil Abdullayev – istedadlı rəssam, bir sıra beynəlxalq festivalların və sərgilərin iştirakçısıdır.


19 noyabr / 19:00

"Fikiri necə formalaşdırmaq olar?"

Fərid Abdullayev – sənətşünaslıq namizədi. Mədəniyyət və ictimai təşkilatların idarəetməsi sahəsində 20 illik təcrübəsinə malikdir.


3 dekabr / 19:00

Panel diskussiya

Suad Qarayeva-Maleki – kurator və YARAT Müasir İncəsənət məkanının bədii rəhbəri. 

Vaciko Çaçxiani – obyektlərin və insan fəaliyyətinin eyni zamanda mövcudluğu (bir çox hallarda onlar orijinal performans formasına düşürlər) rəssamın yaradıcılığında başlanğıc nöqtəsi sayılır. 


YARAT-ın imkanları:
- Ödənişsiz müasir kitabxana və WI-FI (Kitabxanada dünyanın ən nüfuzlu incəsənət nəşriyyatlarının kitabları Azərbaycan, ingilis və rus dillərində oxucular üçün təqdim olunub. Müxtəlif araşdırmaların həyata keçirilməsi üçün tələbələr WI-FI xidmətindən sərbəst şəkildə istifadə edə bilərlər)

- Audio və video materialların təqdim olunması (YARAT Akademiyası müddətində keçirilən bütün mühazirələr, ustad dərsləri və görüşlər zamanı istifadə olunan audio və vizual resurslar daimi iştirakçılara təqdim olunur)

- Tərcümə (YARAT Akademiyasının bütün xarici mütəxəssis mühazirələri hər zaman Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur)

- Buraxılış sertifikatı (YARAT Akademiyasının bütün mühazirələrində aktiv iştirak edən və tapşırıqları uğurla yerinə yetirən tələbələr kursun yekununda sertifikatla təmin olunacaqlar)


Qeydiyyat: 
YARAT Akademiyasında iştirak etmək istəyənlər qeydiyyatdan email vasitəsi ilə məktubun «Mövzu» bölməsində «YARAT Akademiya» qeyd edərək, aşağıda göstərilən məlumatı göndərməlidirlər: 
- Ad, soyad
- Ali təhsil ocağının adı, fakültə
- Əlaqə telefonu


Poçt ünvanı:helpdesk@yarat.az

Daha ətraflı məlumat yaxın bir zamanda təqdim olunacaq

Yüklənir