May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

XƏBƏRLƏR: ARTIM LAB YENİ BURAXILIŞI ELAN ETDİ

01 Mar - 20 Sen 19

Riyaziyyatçi-proqramçı, videoqraf, keramist, memar, rəngkar, heykəltəraş və dizayneri birləşdirən nə ola bilər?

ARTIM Lab layihəsinin üçüncü buraxılışının iştirakçıları bəlli oldu! Layihəyə Yalçın Məmmədov, Murad Əkbərli, Rauf İbadov, Rüstəm Sadıqlı, FizzoChi (Füzuli Əliyev), Günel Axundlu, Leyla Qabulova, Aypara Səlimova, Ramina Boçarova, Humay Abdullayeva, Fidan Hümbətli, Əhməd Nəbiyev, Ağababa Bağırov, Rəna Bəşirova və Ruslan Abbasov qatılacaqlar.

İştirakçıların seçimi elan olunmuş açıq müsabiqə nəticəsində aparılmışdır. ARTIM Lab 2019-2020-ci il mövsümünün proqramı yerli və xarici mütəxəssislər tərəfindən təşkil olunacaq və məşğələlər, ustad dərslər, görüş və müzakirələrin keçirilməsini nəzərdə tutur. Həmçinin layihə iştirakçılarını YARAT Müasir İncəsənət Məkanının kurator heyəti ilə sıx iş birliyi gözləyir.

İntensiv proqramın nəticələri mütəmadi olaraq keçiriləcək təqdimatlarda nümayiş olunacaq. Yeni buraxılışın özəlliyi ondan ibarətdir ki, seçilmiş hər bir iştirakçı digərlərindən fəaliyyət növü, işlətdiyi metodlar, yanaşma və mövzular dairəsinə görə seçilir.

ARTIM Lab layihəsinə yaradıcılıqda “özlərini tapmaq” vasitəsi kimi baxan gənclər, incəsənət ekspertləri ilə dialoq aparmaq və fərqli incəsənət növlərində özlərini sınamağa maraqlıdırlar.
*ARTIM Lab layihəsinə növbəti qəbul 2020-ci ildə elan olunacaq

Yüklənir