May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏSSAM İLƏ GÖRÜŞ: PEDRO QOMEZ-EQANYA

05 Noy 18

YARAT Friends platforması üzvlər üçün növbəti tədbirə dəvət edir. Bildiyiniz kimi, YARAT Müasir İncəsənət Mərkəzi Pedro Qomez-Eqanyanın “Sleypnir” adlı fərdi sərgisinin açılışına hazırlaşır.


Ənənəmizə sadiq qalaraq, sizi Norveçin Bergen Universitetinin incəsənət fakültəsinin professoru və elmi-işçisi olan rəssam Pedro Qomez-Eqanya ilə qapalı görüşə dəvət edirik. Tədbir zamanı siz rəssamla görüşüb, onun incəsənətini və özünü yaxından tanıyacaqsınız.


Kolumbiyada anadan olan Pedro Qomes-Eqanya hal-hazırda Danimarkanın Kopenhagen və Norveçin Bergen şəhərlərində yaşayıb-fəaliyyət göstərir. Qomes-Eqanya Goldsmiths Kollecində (London) və Bergen Milli İncəsənət Akademiyasında (Norveç) musiqi kompozisiyası, performans və təsviri incəsənət ixtisasları üzrə təhsil alıb. 2012-ci ildə, Norveç Elmi Araşdırmalar üzrə Təqaüd Proqramı çərçivəsində təsviri incəsənət üzrə doktorluq dissertasiyası müdafiə edib. Qomes-Eqanyanın əsərləri dünyanın bir çox yerlərində nümayiş etdirilib, o cümlədən: İstanbul Biennalesi, Brüssel Biennalesi, ICA (London), Kunstnernes Hus (Oslo), La Kunsthalle (Myuluz) və Colomboscope (Kolombo).


Tarix: 5 Noyabr, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir