May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

RƏSSAM İLƏ GÖRÜŞ: AQİL ABDULLAYEV

29 Noy 18

YARAT Müasir İncəsənət Məkanı YARAT Friends platforması çərçivəsində sizi ARTIM Layihə Məkanında “Çəhrayı Gələcəyin Utancaq Oğlanı” adlı fərdi sərgisi davam edən rəssam Aqil Abdullayev ilə qapalı görüşə və nahara dəvət edir.


Aqil Abdullayevin fərdi şərqisi, məlumatların toplanması, rəylərin formalaşdırılması və insanların müzakirələrə cəlb olunması baxımından sosial medianın Azərbaycan cəmiyyətinin gələcəyinə təsirini araşdırır. Sərginin əsas mövzusu, gender, mədəniyyət və millət kimi dəqiq təriflərdən ayırmaqla rəqəmsal və real dünyalar arasında sərhədləri dumanlandıran yeni özünüdərk və sosial qavrayışa malik gənc nəsil haqqında bəhs edir.

Sərgi, sosial medianın dinamikasının vətəndaşların ictimai müzakirələrə qatılma prosesini necə dəyişdiyini, onlara sosial baxımdan aktual mövzulara sərfəli yollar təqdim etməsini araşdırır. Sosial media, iştirakçılıqla bağlı maneələri, fəallıqla bağlı qeyri-bərabərliyi aşağı salıb. Bundan əlavə, sosial media vətəndaşlara xəbərlər və məlumatlardan istifadə etmək, onları hazırlamaq və yaymaq kimi imkanlar verir ki, bu da ictimaiyyəti inandırmaq üçün yeni imkanlar gətirir. Sərgi, gələcəkdə fikirlərin formalaşdırılmasına əhəmiyyətli dərəcədə təsir edən sosial media ilə əlaqəli olan bu vasitələri aşkara çıxarır.


Aqil Abdullayev (d. 1992, Bakı) əsasən hərəkətli təsvir, performans və fotoşəkil kimi medialarda çalışır. Onun təcrübəsi, sosial və şəxsi həyat, gender, sosial media mədəniyyəti, utopiya və futurizm kimi mövzular ilə əlaqəli olmaqla, Qərb və Şərq arasındakı təzadları araşdırır və bu mövzular arasında məkanları birləşdirir. Abdullayev Nottingem Trent Universitetinin təsviri incəsənət fakültəsini birinci dərəcəli fəxri fərman və bakalavr dərəcəsi ilə bitirib və 2018-ci il Bloomberg New Contemporaries mükafatına və Birləşmiş Krallıq, Nottingemdə  One Throsby Street qalereyasının “Attic Residency” proqramının iştirakçısı adına layiq görülüb. Rəssamın əsərləri Liverpul Biennalesi (2018), Primary Müasir İncəsənət Məkanı (2017), “The Wrong” – Yeni Rəqəmsal Art Biennalesi (2017), Tate Modern (2016), Gənc Rəssamların 4-cü Moskva Beynəlxalq Biennalesindəki YARAT Pavilyonunda (2012) nümayiş etdirilib. Hal-hazırda, Aqil Bakıda yaşayır və fəaliyyət göstərir.


Furşet Enoteca Meydan tərəfindən təqdim olunur.


Tarix: 29 Noyabr, 2018

Saat: 19:00

Məkan: ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A


Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir