May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: WORDSMITH – USTAD DƏRS VƏ KONSERT

16 Okt 18

YARAT Müasir İncəsənət Məkanı Amierikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Baltimorlu repçi, musiqiçi və sahibkar Wordsmith tərəfindən ustad dərsi və konsert təqdim edir.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Wordsmith – çox güclü motivasiya mesajını çatdıran hip-hop musiqisi yaradır. Onun missiyası “Məqsəd mesajı” vasitəsilə əyləndirmək və maarifləndirmək, həmişə bir nümunə olaraq, bu mesajı təmiz, keyfiyyətli və çoxsatılan “kütlələr üçün musiqi” ilə əlaqələndirməkdir. Wordsmith öz şüurlu-kommersiya hip-hop musiqisi və teatr tamaşaları ilə milli və beynəlxalq səhnələrdə şəhərini təmsil etməyə çalışır. Onun nalayiq sözlərdən təmizlənmiş, ilhamlandırıcı mesajla dolu məzmunlu və bütün yaş dövrlərini əyləndirən mahnıları, əsasən adi fəhlə təbəqəsinə ünvanlanıb.


19:00 > 19:30 Ustad dərsi

19:30 > 20:30 Konsert


Tarix: 16 oktyabr, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir